ABŞ, Aİ Türkiyəni masada görmək istəmədi

17:11 05-10-2023 | icon 1178 | Geopolitika
ABŞ, Aİ Türkiyəni masada görmək istəmədi

Vüqar Dadaşov: "Bu, ABŞ, Aİ, Rusiya – “Minsk qrupu”nun yeni sifətidir"

 

Oktyabrın 5-də nəzərdə tutulan Qranada görüşü baş tutmadı.  Azərbaycan tərəfinin rəsmi açıqlamasına görə Prezidenti İlham Əliyev görüşdən imtina edib. Səbəb: Fransa və Almaniyanın Türkiyənin masada iştirakına qarşı çıxmasıdır. Türkə, Türkiyəyə qarşı yenə də öz ampluasında olan Qərb, Avropa hansı tənzimləmədən bəhs edə bilər. Niyə Azərbaycanı masada təkləmək istəyirlər?

 

Bu istəqamətdə Versus.az-a şərh siyasi şərhçi Vüqar Dadaşov mühüm məqamlara diqqət çəkib. bildirib ki, ümumən Qərb dünyasının və Rusiyanın Qarabağ məsələsində həmişə eyni mövqedən çıxış etməsi gizli fakt deyil. Ermənistan öz havadarlarının dəstəyi ilə işğal etdiyi Azərbaycan torpaqlarının az qala 30 il müddətinə işğalda saxlanmasında Qərbin və Rusiyanın hakim olduğu Minsk Qrupunun -ABŞ, Rusiya, Fransanın- müstəsna xidməti var idi.

 

"Əlbəttə ki, İran da Azərbaycan torpaqlarının işğal olunmasında və işğalda saxlanmasında bir başa iştirakçıdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik (TŞ-nın) məlum Qətnamələrinin icrasını mümkünsüz edən Minsk qrupu, Azərbaycanın Ermənistan və onun havadarları üzərində möhtəşəm qələbə qazanaraq torpaqlarını azad etməsinindən sonra da deformasiya edərək müxtəlif formalarda Azərbaycana və Türkiyə qarşı düşmənçilik siyasətini davam etdirir".

 

V.Dadaşov  bir qədər əvvəl baş verən hadisələrin xronikasına nəzər salıb.

 

"“Politiko” nəşrinin yazdığına görə Azərbaycan 19-20 sentyabrda Qarabağda keçirdiyi “lokal antiterror tədbirləri”ndən əvvəl (17 sentyabrda) İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında gizli görüş keçirilib. Sözsüz ki, həmin görüşdə Lui Bono (ABŞ), Toivo Klaar (Aİ) və İqor Xovayev (Rusiya) Azərbaycana təzyiqlərin edilməsi və Azərbaycanı antiterror tədbirlərindən çəkindirmək üzrə fəaliyyət koordinasiyasını müzakirə edib. 04 oktyabrda Rusiya Xİ-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə “Politiko” nəşrinin yazdığı məlumatı, daha doğrusu İstanbulda ABŞ, Aİ və Rusiya rəsmlərinin Qarabağ mövzusu ilə bağlı görüş keçirdiyini təsdiqləyib. Yeri gəlmişkən, yazıda Fransanın Azərbaycana qarşı barışmaz düşmən siyasətinin və bu günlərdə XİN başçısı Ketrin Kolonnanın Ermənistana növbəti səfəri və təxribatçı açıqlamalının detalları üzərində dayanmağı lüzum görmürəm, çünki Fransa açıq şəkildə yeritdiyi düşmənçiliyini gizlətmir və bunun səbəbinin növbəti izahına ehtiyac da yoxdur.

Ukraynada arlarında qanlı savaş gedən Qərblə Rusiyanın bir masada əyləşməsi birləşməsi heç də təəccüblü deyil. Ona görə ki, II-ci dünya müharibəsi zamanı bir fakt yaddaşımızdan silinən deyil. Belə ki, II-ci dünya müharibəsi zamanı SSRİ və Faşist Almaniyası arasında insanlığın ən faciəli müharibəsi getdiyi halda alman, rus və bir sıra digər dövlətlərinin alimləri bir araya gələrək , Şimali və Cənubi Azərbaycan ərzlisində Azərbaycan xalqına qarşı genetik təcrübələr aparır, etnosumuzun genetik (DNK) tərkibi dəyişməyə çalışıblar, minlərlə insanlar təcrübə materialı kimi istifadə olunub. Azərbaycan qadınının süd vəzisinin ifraz etdiyi maddənin tərkibini öyrənmək, əldə etmək üçün minlərlə soydaşımız məhv edilib. Qərb, xristian dünyası hər zaman anti Azərbaycan, anti türk mövqeyi ilə təbii müttəfiq olublar. Bu baxımdan Azərbaycanını Qarabağda separatizmi məhv etməkdən çəkindirməyə ABŞ, Aİ, Rusiyanın bir araya gəlməsi yeni fakt deyil. Azərbaycan isə bu anti Azərbaycan sövdələşməsinə məhəl qoymadan Qarabağda separatçı rejimi məhv etdi".

 

V.Dadaşov hesab edir ki, oktyabrın 5-də Qranadada gözlənilən beş tərəfli ( Almaniya, Fransa, Aİ, Ermənistan, Azərbaycan) görüşdən imtina etməsi əlbəttə ki, Azərbaycana qarşı koordinasiyalı gözlənilən təzyiqlərin mümkünlüyüdür. Azərbaycanın Qranada görüşündən imtina etməsi xəbərindən dərhal sonra Almaniya Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək, region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Ermənistan Azərbaycan arasında sülhün əldə edilməsi üçün Brüssel platformasını dəstəklədiyini bildirib. Əlbəttə ki, cənab Şolts Azərbaycana qarşı heç bir sövdələşmənin olmadığını gizlətməyə çalışsa da, fakt odur ki, əgər Azərbaycanın təxmin etdiyi sövdələşmə yox idisə Türkiyənin görüşdə iştirakının əleyhinə çıxmağın məqsədi nə idi?!

 

Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova: “Azərbaycanın Qranadada planlaşdırılan görüşdə iştirak etməmək qərarı onun suveren hüququdur”- deyə bildirir. Həmçinin M. Zaxarova həmin brifinqdə "Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib" məlumatını şərh edərək bunun gizli olmadığını deyib. Bəli, bu siyasətdir. Qərbin, Rusiyanın Azərbaycana, Türkiyə qarşı vahid düşmən mövqeyindən çıxışını gizlətməyə çalışması özü siyasi riyakarlıqdır.

 

Qarabağdakı məhv edilmiş separatçı rejimin “dövlət naziri”, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Azərbaycan istintaq orqanlarına verdiyi ifadələrdən aydın olur hansı ki, mötəbər sənədlərlə ifadələr təsdiqini tapır ki, onun Rusiyanın xüsusi xidmət orqanları, Avropa Parlamenti, ABŞ Konqresi, ABŞ Dövlət departamenti, Samanta Pauer, çoxsaylı "jurnalistlər", "ekspertlər" və "hüquq müdafiəçiləri" ilə sıx əlaqələri olub və onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb. Ruben Vardanyanın Karnegi Fondu ilə, Britaniyalı mütəxəssis Tomas De Vaal da dağıdıcı ələqələri ortaya çıxıb. Məhv edilmiş separtçı rejimin digər “prezident sürüsü”nün verəcəyi ifadələrində hansı əlaqələrin ortaya çıxacağı təəccüblü olmasa da, düşmənin təkrar-təkrar ifşa olunması ilə Azərbaycan üçün siyasi istiqamətini koordinasiya üçün olduqca vacib əhəmiyyətə malikdir".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...