Füzulidə ilk dəfə Şəhər Günü qeyd olunur

13:03 17-10-2023 | icon 335 | Cəmiyyət
Füzulidə ilk dəfə Şəhər Günü qeyd olunur

Bu gün Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Füzuli şəhərində ilk dəfədir ki, Şəhər Günü qeyd edilir.

 

AZƏRTAC xəbər verir ki, bayram tədbirində deputatlar, xarici ölkələrin diplomatları, Füzuli sakinləri, şəhid ailələri, qazilər və veteranlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

 

Ölkəmizin tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edirlər.

 

Qeyd edək ki, Füzuli Şəhəri Gününün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

 

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

 

Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin, beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək