Dünyaca məşhur itin heykəlinə ev tikdilər

09:53 14-11-2023 | icon 420 | Maraqlı
Dünyaca məşhur itin heykəlinə ev tikdilər

Yaponiyada dünyaca məşhur it Hatikonun 100 illik yubileyi şərəfinə maraqlı addım atılıb. Belə ki, Tokioda məşhur “ən sadiq dost” heykəlinin ətrafında otaq tikilib.

 

Konstruksiya yerli memar Nişin Tatsu tərəfindən hazırlanıb.

 

 

O da vurğulanır ki, tikili müvəqqətidir, bir gün üçün tikilib.

 

Hatikonun hekayəsi bütün dünyada məşhurdur. Belə ki, it sahibi Hidesaburo Uenonu hər gün vağzala kimi ötürür, o, işdən qayıdanda isə vağzalda qarşılayardı. Bir gün sahibi işdə qəfil ölür. İt bunu bilmir və növbəti doqquz il dəmiryol vağzalında sahibini gözləməyə davam edib.

 

1932-ci ildə onun haqqında qəzetdə məqalə dərc olunub. Bir neçə il sonra onun şərəfinə “Sadiq it Hatiko” adlı abidə ucaldılıb. Heyvan açılış mərasimində iştirak edib. 1935-ci ildə Hatiko Şibuya stansiyası yaxınlığında ölüb.

 

Onun haqqında “Hatikonun taleyi” (“Hachikō Monogatari”/1987) və “Hatiko, ən etibarlı dost” (“Hachi: A Dog's Tale”/2009) filmləri çəkilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK