Şəhid ailələri və qazilərimizlə möhtəşəm GÖRÜŞ

15:18 22-11-2023 | icon 723 | Cəmiyyət
Şəhid ailələri və qazilərimizlə möhtəşəm GÖRÜŞ

Ramil Hüseynov: “Hər birimiz şəhidlərimizə, qazilərimizə borcluyuq”

 

“YENİ XƏTT” Siyasi Tədqiqatlar Mərkəzi “Zəfər günü” ərəfəsində fəxri qonaqları - Şəhid ailələrinin, qazilərin iştirakı ilə “Tarixi qələbəmizin yaratdığı reallıqlar” mövzusunda tədbir keçirib.

 

Versus.Az xəbər verir ki, Abşeron rayon, Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutan tədbirə tələbələr, ictimaiyyət nümayəndələri və digər qonaqlardan ibarət 500 nəfərdən çox insan qatılıb.

 

I Qarabağ döyüşlərinin veteranları, 44 günlük Vətən Müharibəsinin Zəfər gününü bizə yaşadan qəhrəman igid oğulların - Şəhidlərimizin xatirəsi onların ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərimizin iştirakı ilə yad edilib, tarixi qələbəmizin yaşatdığı reallıqlara diqqət çəkilib.

 

Zəfər gününə doğru keçilən yolda vətən sevgisi, uğurlu gələcəyimizin gələcəyə hansı əllərdə aparıldığını ifadə edən Zəfər tablosu tədbirdə iştirak edən Şəhid ailələrinin və Qazilərimizin örnək simasında hərarətlə izlənilib.

 

Tədbirdə Azərbaycanın Dövlət Himni səslənib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Vətən Müharibəsində torpaqların işğaldan azad olunması ilə bağlı verdiyi müjdələrin, Azərbaycan xalqına, dünyaya verdiyi mühüm mesajlarla yadda qalan videoçarx, Xankəndi Mərkəzi meydanına qədər olan çıxışları təqdim olunub.

 

 

Daha sonra tədbirdə çıxış edən hər kəs, Vətən uğrunda savaşan Şəhid və qazilərimizə, bütün müharibə veteranlarına minnətdarlıq hisslərini ifadə edib. Bu zəfəri bizə yaşadanların qarşısında baş əydiklərini bildiriblər.

 

Mərkəzin rəhbəri Ramil Hüseynov çıxış edərək, qazilərin qəhrəmanlığı, şəhidlərimizin şücaəti, möhtərəm prezidentimizin mükəmməl diplomatiyası, qətiyyəti, müdrikliyi nəticəsində bizə şanlı qələbəmizi, ədaləti bərpa etməsindən bəhs edib.

 

R.Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə şəhid ailələrinə, qazilərə Fəxri Fərmanlar və hədiyyələrlə təşəkkürünü bildirib. O, Şəhid analarının əllərindən öpüb, qazilərimizi bağrına basdı:

 

“Dəyərli, bacılar, qardaşlar, hörmətli qonaqlar. Əziz şəhid anaları, valideynlər, qohumları hamınızı salamlayıram. Qəlbimizdə istiqlal çıraqlarını yandıran, torpaqlarımız uğrunda canını fəda edən şəhid qardaşların əziz xatirəsini hörmətlə anırıq, ruhlarının qarşısında baş əyib valideynlərinin əllərindən öpürük. Qazi qardaşlarımıza Allahdan şəfa diləyirəm. Sizlərin qəhrəmanlığı, şəhidlərimizin şücaəti, möhtərəm prezidentimizin mükəmməl diplomatiyası, qətiyyəti, müdrikliyi nəticəsində biz şanlı qələbəmizlə ədaləti bərpa etdik. İkili riyakar siyasəti ilə bizə qarşı haqsızlığa qərar verən təşkilatlara Beynəlxalq hüququn prinsiplərini xatırlatdı, hansı ki, o hüquqi normaları özləri qəbul edib. Yüz illər, on illər öncədən qəbul etdikləri hüquq və haqqın təməl prinsiplərinin ölmədiyini humanizm dəyərlərinə, insanlıq dəyərlərinə əsaslanaraq Azərbaycan xalqı həmrəyliyi ilə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Artıq biz regionda bu tarixi qələbəmizlə yeni reallıqlar yaratdıq. Artıq "Dağlıq Qarabağ muxtar vilayəti" anlayışı yoxdur. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan əraziləri qüdrətli Azərbaycan ordusu tərəfindən qorunur. Regionun inkişafında önəm daşıyan yeni nəqliyyat və komunikasiya layihələri qələbənin yaratdığı reallıqlardır. Azərbaycanla Türkiyə arasında 2021-ci ildə imzalanmış “Şuşa bəyannaməsi” iki ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Müharibə dövründə Türkiyənin və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəyi, sonra tərəfdaş ölkələrin sayının çoxalması, Azərbaycana qarşı Beynəlxalq münasibətlər sisteminin, diplomatik davranış qaydalarının dəyişilməsi, regionda dayanaqlı sülhün yaranması, sabitliyin möhkəmlənməsi, dünya ölkələrinin beynəlxalq təşkilatlarında iştirak etdiyi mötəbər tədbirlərdə düşmən ölkələrdə ərazilərimizin tanınması və sair bütün bu amillər gələcəkdə Azərbaycan vətəndaşlarının xöşbəxt və firəvan yaşamasına xidmət edəcək. Buna görə hər kəs şəhidlərimizə, qazilərimizə borcludur. Müzəffər Ali Baş komandana böyük ehtiramla təşəkkürümüzü bildiririk. Bu prosesdə kimlərin əməyi oldusa, hamısına sonsuz hörmətimizi ifadə edirik. Yaşasın qüdrətli bütöv şanlı Azərbaycan! Bu qələbə heç də bizim üçün asanlıqıla başa gəlməyib. Bunun arxasında geclü strategiya və diplomatik əsaslar dayanır”.

 

Tədbirdə çıxış edən natiqlər, eləcə də Mərkəzin sədr müavini Təyyar Yəhyayev bu gün qlobal dünyanın reallıqlarına və Azərbaycana qarşı yönələn qərəzli yanaşmalara diqqət çəkərək, Vətən, torpaq, dövlət naminə bu zəfəri, bu reallığı yaşadanları heç vaxt unutmayacaqlarını bəyan ediblər.

 

Sonra Şəhid ailə üzvləri, eləcə də qazilər təltif üçün kürsüyə dəvət olunublar. Hər bir şəhid anası, atası, qardaşı zala toplaşan insanlar tərəfindən hərarətlə qarşılanıb, alqışlarla yola salınıb.

 

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək