“Onun hakimiyyət illərində Qarabağ problemi ölkə rəhbərliyinin siyasi prioriteti olub”

13:45 12-12-2023 | icon 489 | Siyasət
“Onun hakimiyyət illərində Qarabağ problemi ölkə rəhbərliyinin siyasi prioriteti olub”

Ramil Hüseynov: "Qazandığımız uğurların davamı ərazi bütövlüyümüzün bərpasına yol açdı"

 

“Ermənistan bütün mənalarda Azərbaycana uduzub. Artıq bugunkü reallıqları nəzərə almadan çıxış etməsi mümkün deyil. Paşinyan Qarabağ etiraflarını regionun gələcək planlarına uyğun məcburən səsləndirib. Bunu Azərbaycanın qüdrətli ordusu və diplomatiyası yaradıb. Azərbaycan prezidentinin indiyə qədər apardığı düzgün siyasət, qətiyyət və xalqımızın bu siyasi addımlara etimad göstərməsi Ermənistan rəhbərliyini bu açıqlamları verməyə məcbir edib".

 

Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov erməni baş nazir Nikol Paşinyanın Qarabağ etirafları ilə bağlı açıqlamasında bildirib.



R.Hüseynov Paşinyanın Lissabon sammitinə toxunmasını tarxi qələbəmizin köklərini, ulu öndərin apardığı siyasətin düzgün strateji xəttinin numunəsi sayıb. Ekspert qeyd edib ki, ulu öndərin hakimiyyət illərində Qarabağ problemi ölkə rəhbərliyinin siyasi prioriteti olub.

 

R.Hüseynov eyni zamanda vurğulayıb ki, o zaman qazandığımız uğurların davamı - qətiyyətli addımlar, prinsipiallıq, beynəlxalq münasibətlərdə sistemli və düzgün qərarlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yol açdı:

 

“İki ölkə arasındakı münasibətlərin normallaşması üçün konkret addımların atılması vacibdir. Hələ ki, bu etiraflar daha çox Ermənistanda ictimai rəyin formalaşması üçün hesablanıb. Əslində həqiqətən istər sulh muqaviləsinin imzalanması, istər digər nəzərdə tutular region planları tez bir zamanda öz həllini tapmasa, bu, Ermənistan üçün ciddi bir fəlakət olacaq. Ona görə də Ermənistan parlamentində bu gün bizim siyasi maraqlarımızın xeyrinə müəyyən qərarlar qəbul etmək üçün canfəşanlıq edirlər”.

 

R.Hüseynov bildiribki, bütün bunları analiz etməklə yanaşı, Ermənistanın siyasi rəhbərliyinin təfəkkurundə cərəyan edən bəşəriyyət üçün ziyanlı idealoji bir düşüncəni də nəzərdən qaçırmamalıyıq:

 

“Paşinyan bu addımları çoxdan atılmalı idi. Amma onlar Şuşada oynamağla, parlament binası tikməklə, Azərbaycanı təhdid etməklə, “Qarabağ ermənistandır nöqtə” deməklə vəziyyəti daha da gərginləşdirmək xəttini seçdi. İndiki siyasi reallıqları nəzərə alsaq, bunlar ermənilərin özlərini öz hazırladıqları tora saldı. İndi o tordan xilas olmaq üçün səmimi şəkildə prosesin bitməsinə qoşulmalıdırlar. Əgər Paşinyan bacarırsa, dediyi kimi Ermənistanda təfəkkur dəyişikliyinə nail olsun. Artıq Ermənistansız regionda gələcək siyasi iqtisadi layihələrin bünövrəsi qoyulur. Heç olmasa ən azından özlərini düşdükləri tordan xilas etmək üçün çabalamalıdırlar”.

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 1996-cı ildən Qarabağ məsələsinin artıq mövcud olmadığını bildirib. Baş nazir qeyd edib ki, “Dağlıq Qarabağ” məsələsində istədiklərinə 1996-cı ilin dekabrında ATƏT-in Lissabon sammitindən sonra nail olmaq mümkün olmadı. "Onların strateji ssenarisi erməni dövlətçiliyinin inkişafına maneə olmaq, Ermənistan müstəqil dövlət kimi de-fakto və ya de-yure mövcud olmağı dayandırana qədər Qarabağ məsələsinin həllinə imkan verməmək idi.
“Hazırda Ermənistanda təfəkkür dəyişikliyi baş verir, vətənpərvərliyin əyalət və ya sovet modeli dövlət vətənpərvərlik modeli ilə əvəz olunur”- Paşinyan deyib.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək