Dünyada xərçənglə bağlı ilk

09:08 15-12-2023 | icon 591 | Sağlamlıq
Dünyada xərçənglə bağlı ilk

Sonuncu mərhələdə olan xərçəng xəstəsi xilas edilib

 

Honkonq Universitetinin həkimləri dünyada ilk dəfə ölümcül qaraciyər xərçəngi olan xəstəni xilas ediblər.

 

Məlumata görə, kişiyə 2022-ci ilin noyabrında bu xəstəliyin sonuncu, dördüncü mərhələsi diaqnozu qoyulub. Onun qaraciyərində 18,2 santimetr ölçüdə şiş aşkarlanıb və metastazlar artıq yaxınlıqdakı damarlara nüfuz edib. Bundan əlavə, kəskin sirroza görə ona mütəmadi olaraq xəstəxanaya müraciət etmək də tapşırılıb.

 

Əvvəlcə həkimlər şişi əməliyyat edilə bilən ölçüyə qədər azaltmaq üçün altı ay müddətində terapiya aparıblar, sonra venoz damarlarda yaratdığı qan laxtalarının qarşısını alıblar. Avqust ayında isə oğlunun qaraciyərinin bir hissəsinin transplantasiyası uğurla həyata keçirilib.

 

Tibb müəssisəsində uzun sürən müşahidədən sonra kişi evə buraxılıb. Hazırda onun birinci mərhələyə aid olan 1,5 santimetr ölçüsündə şişi hələ də var və analizlər göstərir ki, yeni xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi yoxdur.

 

Qeyd edək ki, bu hadisə nəticəsində dünyada ilk dəfə olaraq şiş kiçilməsi və transplantasiya yolu ilə inkişaf etmiş qaraciyər xərçənginin uğurlu müalicəsi həyata keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...