ABŞ Dövlət Departamentinin hesabatının KOR MÜƏLLİFLƏRİ

13:09 07-01-2024 | icon 619 | Siyasət
ABŞ Dövlət Departamentinin hesabatının KOR MÜƏLLİFLƏRİ

Könül İsmayılova: “Sanki bu hesabat Azərbaycana düşmən olan Ermənistanda hazırlanıb”

 

ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hazırladığı hesabat Azərbaycan ictimaiyytəində birmənalı qrşılanmayıb. Dünya hegemonlarından sayılan bir ölkənin statusuna yaraşmayan qeyri-obyektiv yanaşması siyasilərimiz tərəfindən sərt tənqid edilir.

 

Məsələyə münasibət bildirən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirdi ki, bir müddət öncə Fransa Azərbaycana qarşı qərəzli münasibət sərgiləyirdisə, bu gün estafed Amerikadadır.

 

 

Xanım siyasətçinin fikrincə, sözügedən hesabatın müəllifləri sanki bu sənədi Azərbaycana düşmən olan rəsmi Ermənistanda hazırlanıb:

 

“Az qala bütün dünyanın Azərbaycanın tolerant, multikultiralizm ölkə olmasından danışarkən ABŞ Dövlət Departamentinin belə bir hesabatla hərəkətə keçməsi təəccüblü və təəssüfedicidir. Diqqət yetirsək görürük ki, bu hesabat 2023-cü ilin sentyabr aylarında antiterror tədbirindən sonra yaranmış vəziyyətə istinadən hazırlanıb. Hesabatda erməniləri zavallıca göstərən müəlliflər belə fikir yaradıblar ki, guya onlar həm milli azlıq, həm də dini azlıq olaraq təqiblərə, təzyiqlərə məruz qalıblar. Görünür hesabatın müəllifləri 2023-cü ilin sentyabrında ermənilərin Qarabağdan Azərbaycan ərazisini könüllü olaraq tərk etməsi faktını unudurlar. Onu da unudurlar ki, 30 il Ermənistanın işğalında olan ərazilərimiz bu müddət ərzində həmin o zavallı donu geyindirdikləri ermənilər tərəfindən viranə qoyulub, buradakı müsəlman məscidləri, tarixi mədəniyyət abidələri məhv edilib. Hesabatın kor müəllifləri bu faktları bildikləri halda həqiqəti danmış oldular”.

 

K.İsmayılova vurğuladı ki, hesabatın müəlliflərinin nə olursa olsun, Azərbaycana qarşı yeni-yeni ittiham “faktları” ortaya qoymaq kimi qərəzli niyyətləri açıq-aydın görünür:

 

“Bəllidir ki, məlum hesabatın müəllifi milliyyətcə ermənidir. O, uzun illər Amerika Erməni Assambleyasının rəhbərliyində çalışıb, sonradan Livanın, Los-Ancelisdə Baş Konsulluğunda işləyib. Eyni zamanda uzun illər həm Amerikanın özündə, həm də digər ölkələrində Ermənistanın erməni diasporalarının xeyrinə lobbiçilik fəaliyyəti göstərib. Bu mənfurun bütün fəaliyyəti, karyerası Azərbaycana və Türk Dünyasına qarşı qərəzli sənədlər hazırlamaqdan ibarətdir. Odur ki, hesabatın müəlliflərinin bu sənədi hazırlayarkən hansı məqsəd güddükləri qaranlıq qalmır”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...