“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”
Ramil Hüseynov: “Fransanın atdığı addımlar Avropa Qərb siyasi etikasına uyğun gəlmir”
“Fransanın Azərbaycana qarşı sərgilədiyi münasibət ikilistandartların və ikiüzlü siyasətinin təzahürüdür. Bu cür yanaşmalar illərdir beynəlxalq sistemdə formalaşan ayrı-ayrı Avropa təsisatlarına qarşı etimadsızlığı yaradan amillərdən biridir”.
Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Fransa prezidenti Emmanuel Makronun özünü lider siyasətçi kimi sırıması kontekstində üzə çıxardığı reallıqlarla bağlı açıqlamasında bildirib.
R.Hüseynov qeyd edib ki, bu gün müxtəlif bəhanələrlə Azərbaycanı hədəfə alan Avropanın Fransası, Qərbin ABŞ-ı torpaqlarımız erməni işğalı altında qalan zaman 30 il həqiqətdən qaçıblar.
Mərkəz rəhbəri qeyd edib ki, bəzi beynəlxalq təsisatların “ədaləti qoruyan, haqqı bərpa edən” pərdəsi altında başımız üzərindən hansı oyunlar qurduğunu, ədalətsiz, haqsız, qeyri-insani rəftarlarını müşahidə etsək də, beynəlxalq hüququn dünyaya səsləndiyi “ədalət” çağırışına inanaraq o günün gələcəyini səbrlə gözlədik. Onun fikrincə, Avropanın, Qərbin bir sıra təsisatları Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istəklərini bəyan etsələr də, haqsızlığa qarşı qəti mövqe sərgiləmir, əksinə, işğal vəziyyətinin qorunub saxlanlması üçün əllərindən gələni edirdilər:
“Bütün bunlara rəğmən Azərbaycan özünün siyasi, hərbi mədəniyyəti ilə işğalçını ərazilərindən çıxartdı, ərazi bütövlüyünü təmin etməklə beynəlxalq hüququ bərpa etdi. Eyni zamanda Avropa mədəniyyəti, Avropa dəyərləri ilə öyünən güclərə “hüquq necə qorunmalıdır” dərsini verdi. Azərbaycanın qətiyyətli iradəsi, mükəmməl diplomatiyası, Ali Baş Komandanın həyata keçirdiyi sərrast strategiya ilə həyata keçirilən bu proses göründüyü kimi Fransa kimi Avropa dövlətini, Qərbi qane etmir. Cənubi Qafqazda güclü, Mərkəzçi qüvvə olan Azərbaycanın beynəlxalq miqyasda əsas güc kimi formalaşmasını həzm etmək istəmir və hər fürsətdə strateji əhəmiyyətini zəiflətmək üçün cəfəng bəyanatlar, qətnamələrlə çıxış edirlər”.
R.Hüseynov hesab edir ki, Qərbin, Avropanın məlum gücləri I-II Qarabağ müharibələri dövründə Azərbaycana vurulan zərərə görə Ermənistanla eyni dərəcədə məsuliyyət daşıyır:
“Torpaqların işğaldan azad olunması sıradan bir müharibə ilə başa çatmadı. Bu müharibədə qazanılan zəfər Azərbaycana qarşı neqativ münasibətlərə vurulan tərs sillə idi. Bu sillə beynəlxalq sistemdə özünə yer tutub mövcudluğunu saxlayan böyük qüvvələrə pis təsir edib. Avropanın, Qərbin Azərbaycana qarşı hazırki aqressiyası həm də bununla bağlıdır. Burda dini etiqad məsələsi də var. Avropa Fransası Cənubi Qafqazda xristian ölkələri arasında güclü müsəlman dövlətinin olmasını həzm edə bilmir. Makronun erməni diasporasının, lobbisinin əlində girova çevrilib, onların təzyiqləri ilə müəyyən addımlar atdığını da söyləmək olar”.
Mərkəz rəhbəri hesab edir ki, bu gün Fransanın atdığı addımlar Avropa Qərb siyasi etikasına uyğun gəlmir. Onun fikrincə, Avropa dövlətləri bunu ciddi şəkildə düşünməlidir. Çünki qərəz, aqresssiya, haqsız yanaşmalarla beynəlxalq hüquq sisteminə vurduqları zərbələr ümumilikdə Avropa dəyərlərinə yönəlir:
“Fransanın bir müddət Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında sanksiyalar tətbiq etməyə çalışması, bizi nüfuzdan salmaq üçün etdiyi cəhdlər uğursuz olmaqla yanaşı, beynəlxalq siyasi şüurun qüsurlu olduğu qənaətini ortaya çıxardı. Biz illərdir Avropanın Azərbaycana olan münasibətini görürük. Azərbaycan Avropa təşkilatları, dövlətləri ilə əməkdaşlıqlar quraraq ən yüksək dəyərlərinin ölkəmizə gətiriməsi üçün çalışdı. Amma bu əks effekt verdi. Fransa siyasəti qərəzli, ikilistandartlı münasibətləri ortaya çıxartdı. Məlum oldu ki, Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil. Əgər olsaydı, bu cür davranışlar sərgiləməzdi. Bu gün özünü demokratik dəyərlərin xidmətçisi kimi aparan, bunun üçün milyonlarla pullar xərcləyən dövlətlərin bu haqsız düşüncə tərzi, siyasi şüuru qəbuledilməzdir. Bu cür dövlətlərin heç biri qəbul etdiyi qərarlara hörmət etmir, daha çox öz şəxsi maraqlarına uyğun davranırlar. Makron öz erməni mənafeyini Fransa hökumətinin mənafeyinin ayrılmaz hissəsi hesab edir, digər Avropa dövlətlərinin siyasəti ilə uzlaşdırıb təqdim etmək istəyir. Avropa, Qərb sivil toplumun gözləntilərinə zərbə vurmamalıdır. Siyasi meydanda haqqı, ədaləti müdafiə edənlər qalib gələcək”.
LƏMAN
versus.az
Xəbər lenti
Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb