İtlər hətta simvolları da anlayırlar
Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər.
Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən “Current Biology” jurnalında çap edilib.
Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur) üsullarından istifadə edərək, sahibləri ilə qarşılıqlı əlaqə zamanı itlərin beyin fəaliyyətini tədqiq ediblər.
Nəticədə məlum olub ki, bu ev heyvanlarının beyni düzgün və səhv obyektlərə fərqli reaksiya verir, onlar daha çoxlu ifadə, həmçinin simvolları (rəmzləri) anlamaq qabiliyyətinə malikdirlər.
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."