Delimitasiya prosesi hansı istiqamətlərdə və necə davam edəcək?

16:00 05-06-2024 | icon 184 | Siyasət
Delimitasiya prosesi hansı istiqamətlərdə və necə davam edəcək?

Arzu Nağıyev: "Sülhün bərqərar olunması üçün çox ciddi delimitasiya, demorkasiya prosesi həyata keçirilməlidir”

 

Qazağın 4 kəndinin bir güllə atılmadan geri qaytarılması və 13 kilometrlik ərazidə dövlət sərhəd nişan xətlərinin qoyulması uzun illər münaqişədə olan iki ölkə arasında delimitasiya prosesinin başlanğıcı və sülh müqaviləsinə doğru növbəti addımların atılmasına hazırlanan əsas zəmin kimi qeyd olunur. Bu gün artıq delimitasiya ilə bağlı bir sıra ehtimallar üzərində dayanılıb. 4 kəndin geri alınmasından sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrin keşişin rəhbərliyi ilə keçirdiyi etiraz aksiyalarının prosesin ləngiməsinə yönəldiyi narahatlıq doğurmaqla yanaşı, bir sıra mühüm nüansları da ortaya qoyur.

 

Maraqlıdır: növbəti delimitasiya prosesi harda aparıla bilər və bu proses də Ermənistanda daxili etirazlarla müşahidə olunmaqla prosesə hansı təsirini göstərir? Eyni zamanda sərhədlərin müyyənləşməsində hansı xəritələrin əsas götürülməsi əsas ola bilər. Növbəti delimitasiyada 1976-cı illərin xəritəsi götrülə bilərmi və bu nəyə əsasən?

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev bu istiqamətdə açıqlamasında bildirib ki, Qazax rayonu ərazisində olan 4 kəndin erməni işğalından azad edilməsi və daha sonra aparılan delimitasiya və demorkasiya işi təqdirəlayiqdir.

 

Deputat qeyd edib ki, artıq həmin ərazilərdə sərhəd qoşunları öz yerini tutub və 40 ədəd sərhəd nişanı - dirəkləri vurulub:

 

“Mühüm detallara diqqət yetirilərək protokolların imzalanması mühüm hadisədir. Ermənistanda baş qaldıran revanşist qüvvələr bu prosesin qarşısını almaq üçün kilsə məmurunu ortaya salıblar. Həmin şəxsin keçmiş Qarabağ klanının nümayəndələri olan Köçəryan, Sarkisyanın təsiri altında aksiyalar keçirməyə çalışdığı da bəllidir. Paşinyan həmin qüvvələrin hakimiyyət üçün ciddi təhlükə yaratdığını anlayır”.

 

A.Nağıyev bildirib ki, bir sıra mənbələrdə bu problemin yaranmasında Rusiya xidmət orqanlarının rol oynadığı qeyd edilsə də, Paşinyan-Putin görüşündən sonra kimlərinsə bu vəziyyətdən istifadə etdiyi ortaya çıxıb:

 

“Bu prosesdə növbədə Zəngəzur dəhlizi, bütün sərhəd boyu delimitasiya məsələlərinin həlli var. Artıq bütün sərhədlərdə sərhəd qoşunları oradakı hərbi qurumları əvəz etməldir”.

 

Sərhədlərin hansı xəritələrə müyyən edilməsinə gəlincə, deputat delimitasiyann 1991-ci ildə qəbul olunan Almatı deklorasiyasından istifadə olunduğunu qeyd edib:

 

“SSRİ dağıldıqdan sonra yaranmış yeni dövlətin sərhədləri hardan keçibsə, sərhdələr o ərazilərdən götürülür. Bir sıra digər detalları - anklav, eksklavlarla bağlı məsələləri komissiya özü həll etmyə qadirdir. Əsas məqsəd odur ki, sülhün bərqərar olunması üçün çox ciddi delimitasiya, demorkasiya prosesi həyata keçirilməlidir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Laçınla bağlı proqram HAZIRLANACAQ

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda

Erməniləşən türk torpaqları

Sakinlərin NƏZƏRİNƏ

Bakıda Akon nostaljisi

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

21 illik tərəqqi və zəfər yolu 

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT