“Azərbaycan ordusuna xüsusi diqqət və qayğı göz önündədir”

13:00 24-06-2024 | icon 237 | Siyasət
“Azərbaycan ordusuna xüsusi diqqət və qayğı göz önündədir”

Könül İsmayılova: “Ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib”

 

“Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Onun 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi”.

 

Versus.Az xəbər verir ki, bunu 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

K.İsmayılova qeyd edib ki, ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı:

 

“Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə son illərdə ciddi nailiyyətlər əldə edib, ordu quruculuğunda mühüm addımlar atılıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artıb. Silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer alır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.


K.İsmayılova bildirib ki, Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin əsas istiqamətləri kimi diqqəti çəkir:

“Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir. Onun xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Buna misal olaraq hərbiçilərin mənzillə təmin olunmasını, ehtiyata buraxılan hərbiçilərin müəyyən statuslu qrupunun mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onların evlə təmin olunana qədər müvəqqəti yaşadıqları evlərə görə mənzil haqqının, kirayə haqqının dövlət tərəfindən ödənilməsini, Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsini, Şəhid ailələrinin və  müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılmasını, onlara mənzillərin verilməsini, müharibə əlillərinə pulsuz həyətyanı torpaq sahəsinin və mənzillərin verilməsini, onların nəqliyyat vasitəsi ilə təmin olunmasını, Şəhid ailələrinin və  müharibə əlillərinin övladlarının ödənişli Ali təhsil müəssisələrinə qəbul olduqda ödənişdən azad edilməsini, onların təhsil haqqının dövlət tərəfindən ödənilməsini, hərbiçilərin əmək haqlarının, şəhid ailələri və müharibə əlillərinin pensiya, müavinət və prezident təqaüdlərinin mütəmadi artırılmasını, müharibə veteranlarına yeni prezident təqaüdünün verilməsini və sair  ödənişləri  göstərmək olar. Bunlar ölkə rəhbərinin hərbiçilərə olan diqqət və qayğısının nəticəsidir. Orduda xidmətdə, vətənin müdafiəsində və vətənpərvərlik işinin təşkilində fərqlənən hərbiçilərin əməyi daim dövlət rəhbəri, dövlət təşkilatları və hərbi ilə bağlı digər qurumlar tərəfindən daim qiymətləndirilir. Onlar orden və medallarla təltif edilirlər”.

 

Könül xanım vurğulayıb ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan-“Dağlıq Qarabağ” münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını heç vaxt gizlətmədi 2020-ci ildə bunu dünyaya göstərdi:

 

“Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır. Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Silahlı qüvvələrin büdcəsi durmadan artır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Qardaş Türkiyənin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Ölkə başçımız Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə keçməsi barədə göstəriş verib. Bununla bağlı Azərbaycan Ordusunun təşkilati-ştat strukturu optimallaşdırılıb, idarəetmə təkmilləşdirilib və əməliyyat qabiliyyəti inkişaf etdirilib. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq.

Silahlı Qüvvələr Günümüz mübarək olsun!”

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK