Prezidentin müsahibəsində “Masdar”la strateji tərəfdaşlıq nüansı

11:44 24-06-2024 | icon 245 | Siyasət
Prezidentin müsahibəsində “Masdar”la strateji tərəfdaşlıq nüansı

Könül İsmayılova: “Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”

 

“Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq Azərbaycanın üzərinə düşən öhdəlikdir”.

 

Versus.Az xəbər verir ki, bunu Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibəsi ilə əlaqədar açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

 

Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibəsində ölkəmizin bərpaolunan enerji sahəsində “Masdar”la strateji tərəfdaşlığı barədəki fikirlərə diqqət çəkən K.İsmayılova bildirdi ki, ümumiyyətlə, yaşıl gündəliyi nümayiş etdirən Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir:

 

“Xatırlatmağa gərək var ki, ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı olub. Perspektivdə isə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Onu da deyim ki, ölkəmizin strateji tərəfdaşı olan “Masdar”la yanaşı, həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Müşahidə olunan budur ki, Azərbaycanla işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Ölkə baçısının da qeyd etdiyi kimi, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq”.

 

K.İsmayılova qeyd edib ki, belə bir iqtidara malik olmaq üçün indiyə qədər dövlətimiz tərəfindən xeyli işlər görülüb və nəticəsi də ortadadır:

 

“Qeyd edim ki, Azərbaycanın əsas hədəfi ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlər isə tərəfdaşlarımızla həll edilməlidir.

Eyni zamanda təbii qaza qənaət edilməsi əsas götürülür ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Bunun üçün bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun.

 

PƏRİ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

Hindistan Ermənistanı silahlandırmağa davam edir

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR