“Bələdiyyələrin statusu haqqında” qanun layihəsi   Milli Məclisə tövsiyə olunub

15:30 24-06-2024 | icon 189 | Siyasət
“Bələdiyyələrin statusu haqqında” qanun layihəsi   Milli Məclisə tövsiyə olunub

İyunun 24-də Milli Məclisin Regional məsələlər komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.

 

Bu barədə hafta.az-a Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

İclası açan komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəliyə birinci oxunuşda bir qanun layihəsi - “Bələdiyyələrin statusu haqqında” və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib. Qanun layihəsi barədə məlumat verən Siyavuş Novruzov qeyd edib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edən bir sıra mühüm məsələlərin həllini nəzərdə tutur.

 

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Səbinə Xasayeva layihənin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu diqqətə çatdırıb. Qanun layihəsi barədə ətraflı məlumat verən komitə üzvü bildirib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılmasını nəzərdə tutur. Həmçinin diqqətə çatdırılıb ki, qanunlara təklif olunan bir qrup düzəlişlər isə bələdiyyələrin işinin təşkili ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün zəmin yaradacaq.

Müzakirələrdə komitənin üzvləri Məzahir Əfəndiyev, Kamran Bayramov çıxış edərək, qanun layihəsinin aktuallığını qeyd ediblər, təklif olunan düzəlişlərlə bağlı fikirlərini bildiriblər.

Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev, üzvlər Tahir Rzayev, Emin Hacıyev, Aqil Məmmədov, Əliabbas Salahzadə, Cavid Osmanov və digər rəsmi şəxslər iştirak ediblər.

 Arzu

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda