"İlkin addımlardan biri kimi məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur"

15:39 10-03-2019 | icon 454 | Siyasət
"İlkin addımlardan biri kimi məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur"

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində səyləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini əsas kimi ortaya qoyur.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən növbəti görüşə dair bəyanatını şərh edərkən deyib.

 

Həmsədrlərin bəyanatının Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həllində prinsipial və qəti mövqeyinin təntənəsi, Ermənistanın isə populist siyasətinin uğursuzluğunun növbəti nümunəsi olduğunu bildirən ekspertin sözlərinə görə, bu bəyanat bir daha təsdiq etdi ki, danışıqlar iki ölkə arasında davam etdirilməlidir və bu format dəyişdirilə bilməz:

 

"Bildiyiniz kimi son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə danışıqlar formatının dəyişdirilməsi istiqamətində qeyri adekvat bəyanatlar səsləndirilib. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini onların diqqətinə çatdırmışdı. Bu görüşdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir".

 

B.Quliyev söyləyib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır:

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir".

 

Həmsədrlərin danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad etməsinə gəlincə, ekspert qeyd edib ki, bu, bir daha münaqişənin həllinin əsasının işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil etdiyini təsdiq edir:

"Çünki Helsinki Yekun Aktına görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünə zidd ola bilməz. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır