MSK “Namizədlər üçün yaddaş” kitabçası HAZIRLADI

14:22 11-07-2024 | icon 228 | Siyasət
MSK “Namizədlər üçün yaddaş” kitabçası HAZIRLADI

Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası hazırlayıb.

 

Bu barədə Versus.az-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd, qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

 

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın, ətraflı şəkildə göstərilib.

 

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

 

“Namizədlər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zamiqdən yayın son konserti

Rusiyada helikopter QƏZASI

Xocalı sakinləri 32 ildən sonra SƏS VERİRLƏR

Partiyaların maliyyələşməsini belə DƏYƏRLƏNDİRDİLƏR

30 qadın təlimi başa vurdu

"Formula-1" Qran-prisinin QALİBİ

Satılmır, amma UCUZLAŞMIR

MSK sədrindən "Tədbir görüləcək" XƏBƏRDARLIĞI

Mətbuat Şurasının “qaynar xətt”inə müraicət daxil olmayıb

MSK-dan jurnalistlərə MÜRACİƏT

Erlinq Holand ilkə imza atdı

Əkinçilərə şad XƏBƏR

PSJ "Lill" üzərində inamlı qələbə QAZANDI

Sakinlərin NƏZƏRİNƏ

Bakıda 60-dan çox bina SÖKÜLƏCƏK