Çətin proqramları həll edən azyaşlı qız

12:35 19-03-2019 | icon 1090 | Təhsil
Çətin proqramları həll edən azyaşlı qız

Versus.AZ AzEdu.az-a istinadla maraqlı bir reportajı təqdim edir.

Mediaturda olduğumuz 6  nömrəli məktəb-liseydə “Kod saatı” tədbiri  ilə bağlı layihə rəhbəri, iştirakçılar və onların valideynləri ilə həmsöhbət olduq. 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini, eyni zamanda, Təhsil Nazirliyinin “Rəqamsal Bacarıqlar” layihəsinin  rəhbəri  Fəxri Qurbanov mediatur iştirakçılarına layihə ilə bağlı məlumat verdi:

 

“Hazırda qonaq olduğumuz 6 saylı məktəb-lisey, “Kod saatı” tədbiri ilə bağlı  seçilən 13 məktəbdən biridir.

2013-cü ildə yaradılan “Kod saatı” qlobal aksiyadır və dünyanın 180-dən çox ölkəsində keçirilir. Azərbaycanda isə bununla bağlı ilk addımlar 2017-ci ildə atılıb. Yarandığı zaman əhatə dairəsi o qədər də böyük deyildi: cəmi iki məktəbdə baş tutmuşdu.

 

Bu ildən etibarən isə   geniş həyata keçirilən layihədə ölkə üzrə 13 məktəb iştirak edir. Xatırladaq ki, tədbirin ikinci mərhələsi 23 martda baş tutacaq. 30 mart tarixində isə uşaqların həftə sonları valideynlərlə daha çox vaxt keçirdikləri alış-veriş mərkəzlərində oyun formatında həyata keçiriləcək. 

Aksiyanın əsas məqsədi hər bir uşağı  “sən kodlaşdıra bilərsən” düşüncəsinə  müəyyən canlı nümunələr göstərməklə inandırmaqdır.  

Uşaqlar onlara bir saat ərzində verilən  tapşırıqları yerinə yetirməklə, bu istiqamətdəki  maraq və bacarıqlarını artırmış olurlar.  Aksiya rəqəmsal bacarıqlar çərçivəsinə həyata keçirilir və artıq ikinci ildir ki, ölkəmizdə tətbiq olunur.

Təhsil Nazirliyi və rəqəmsal proqramlaşdırma məktəbi olan “Alqoritmika” beynəlxalq təhsil şirkətinin dəstəyi ilə keçirilən tədbirə 8-14 yaş aralığından ölkə üzrə 26500 şagird cəlb olunub. Gələcəkdə  bu sayın artırılaraq,  100 min şagirdə çatdırılması gözlənilir.

Layihə Bakı şəhəri  üzrə 65, Gəncə şəhərində 6 məktəb və Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan özəl məktəbdə tətbiq olunur.

Layihə çərçivəsində şagirdlərlə yanaşı valideynlərə də sərbəst giriş imkanı yaradılıb. Gələcəkdə övladlarına düzgün istiqamət vermələri üçün onlara proqramlaşdırma ilə bağlı məlumatlar verilir.

Bizim məqsədimiz hamını proqramçı etmək deyil. Şagirdin seçəcəyi  ixtisasla yanaşı proqramlaşdırmanı bilməsi çox vacibdir. Çünki bu, gələcəkdə bütün ixtisas sahələrində tələb olunan bir bacarıqdır. Hazırda hər şey informasiya texnologiyaları üzərində qurulub və get-gedə də bu istiqamətdə genişmiqyaslı addımlar atılır”.

Mediatur zamanı bir neçə valideynlə danışıb, onların layihə ilə bağlı fikirlərini öyrəndik:

 

Zülfiyyə Hacıyava  övladının layihədə iştirakını elə tədbirdən bir gün əvvəl İnformatika mülliməsindən öyrənib. Zülfiyyə xanımın oğlu Tərxan Hacızadə 132-134 nömrəli təhsil kompleksində 6-cı sinifdə oxuyur:

“Oğlumun uşaqlıqdan informatikaya, texnologiyaya marağı böyükdür. Hətta kiçik yaşlarından öz oyuncaqlarını söküb-yığacaq qədər texnologiyanı sevir.

Bu layihədə iştirakını isə dünən müəllimindən öyrəndim. Açığı gözləmirdim, amma oğluma inanıram. Əgər həyəcandan özünü itirməsə əminəm ki, uğur qazanacaq”.­

Günay Əliyeva da oğlunun informatikanı çox sevdiyini bildirir. Onun övladı  Riad Abbasov 132-134 nömrəli təhsil kompleksində 5-ci sinifdə oxuyur:

 

“Oğlum kompüteri, informatikanı çox sevir. Açığı bir az özünə qapalı uşaqdır. Mən onun dərsləri qiymətləri ilə bağlı hər şeyi müəllimlərindən öyrənirəm. Elə layihədə iştirakını da dünən gecə müəlliməsindən öyrəndik. Belə bir tədbirdə iştirakı məni çox sevindirdi”. 

Valideynlərlə sağollaşıb, tədbir boyu uşaqlarla bir yerdə olan, onlara istiqamət verən 6 nömrəli məktəbi İnformatika müəllimi Rəna Kazımova ilə həmsöhbət olduq. O, tədbirlə bağlı fikirlərini bizimlə bölüşdü:

“Ümumilikdə, çox gözəl layihədir və bir müəllim olaraq  bunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, bütün uşaqlarda proqramlaşdırma  potensialı var və sadəcə, onu ortaya çıxartmaq lazımdır. Belə bir layihənin təşkili alqoritmika ilə tanış olmayan uşaqlar üçün  proqramlaşdırma aləminə bir növ dəvətdir.

İlk olaraq, layihə təşkili  məktəblər üçün elan edildi. Proqramlaşdırmaya marağı olan şagirdlər tədbirə cəlb olundu. İştirak edən uşaqlar bu sahədə çox bacarıqlıdırlar. Hazırda hətta ikinci sinif şagirdi var ki, o, 5-6-cı siniflərin keçdiyi dərsləri çox rahatlıqla həll edir. Açığını deyim, həmin şagirdə mən də çox təəccübləndim”.

Rəna xanımla söhbəti yekunlaşdırıb,  az öncə haqqında danışdığı balaca proqramçı ilə tanış olduq. Banu Cəbrayılova 22 saylı məktəbin 2-ci sinfində oxuyur. Proqramlaşdırmaya bacarığı və həvəsi çox olsa da o, gələcəkdə rəssam olmaq istəyir: 

“Kompüterdə işləməyi çox sevirəm. Evdə kompüterim olmasa da məktəbdə müəlliməm mənə proqramları, alqoritmanı öyrədir. İnformatika fənnini də çox sevirəm, həmişə “5” qiyməti alıram. Amma böyüyəndə rəssam olacağam.

Bura gəlməyim haqda müəllimə anama dedi və o da məni tədbirə gətirdi. İndi kompüterdə proqramlarla işləyirəm”.

Tədbirin digər iştirakçısı Selcan Cəbrayılovadır. 134 saylı məktəbin  5-ci sinfində oxuyan Selcan da hər nə qədər bacarığı olsa da gələcəkdə proqramçı olmayacağını deyir:

“İnformatika dərslərini keçəndən bu yana kompüterlə işləməyi çox sevirəm. Evdə kompüterim yoxdur, amma məktəbdə informatika müəlliməm mənə kompüterlə işləməyi, alqoritmikanı öyrədib.  İnformatikanı yaxşı bildiyim üçün müəlliməm məni bura yönləndirdi. Kompüterdə işləməyi çox sevirəm, amma böyüyəndə proqramçı olmaq istəmirəm”.

Növbəti hömsöhbətimiz Tərxan Hacızadədir. 132-134 nömrəli təhsil kompleksində 6-cı sinifdə oxuyan Tərxan gələcəkdə proqramçı olacağını  və təhsilini  Avropada davam etdirmək istədiyini deyir:

 

“Kompüterdə işləməyi, ümumiyyətlə texnikanı uşaqlıqdan çox sevirəm. Hətta balaca olanda öz oyuncaqlarımı söküb  yığırdım.

 İnformatikaya marağım çox böyükdür və böyüyəndə də proqramçı olacağam. Gələcəkdə Ukrayna, İngiltərə kimi Avropa ölkələrinin birində oxumaq istəyirəm.

İnformatikanı çox sevirəm, yaxşı oxuduğum üçün müəlliməm məni bura göndərdi.  Burada proqramlarla işləyirik. İndi  robota proqram verməliyəm ki, o maneələri aşaraq qızıl xalları toplasın”.

Sonuncu həmsöhbətimiz Fərid Quliyevdir.  132-134  saylı təhsil kompleksinin 5-ci sinfində oxuyan Fərid də bu sahədə həvəsi marağı böyük olsa da gələcəkdə proqramçı yox, rəssam olmaq istəyir:

“Kompüterdə işləməyi uşaqlıqdan çox sevirəm. Kompüterə, informatikaya marağım  böyükdür. Amma gələcəkdə rəssam olacağam.

İnformatikanı yaxşı oxuduğum üçün müəlliməm məni bura göndərdi. Hazırda robota hərəkət etməyi üçün proqram verməliyəm ki, o qızılları yığsın”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...