Hiylə, məkr, qarət, talan və faciələr

17:12 30-03-2019 | icon 1059 | Kürsü
Hiylə, məkr, qarət, talan və faciələr

Havadarlarına arxayınlıq

 

 

MEHRİBAN SADIQOVA

 

Böyük tarixə malik olan Azərbaycan xalqı öz sərvət və münbit torpaqlarına görə həmişə qonşularının "maraq" dairəsində olub. Bu sərvətlərə yiyələnmək və bu torpaqlara sahib olmaq üçün hiylə və məkrlər, qarət, talan və faciələr törətmiş müharibələr tarixin yaddaş səhifəsində qalmaqdadır.

 

Tarixdə heç cür bəraət almayacaq insanlığın məhvinə yönəlmiş və soydaşlarımıza qarşı törədilmiş soyqırım faktı hər zaman lənətlənməlidir. Haqsız dünya isə 17 min müsəlmanın vəhşilik, min bir işgəncə və görünməmiş təhqiramiz üsullarla qətl edilməsinə, qalanlarının isə öz torpağından didərgin salınmasına hələ də susur. Başımıza açılan bu faciələri “Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti” (erməni yazıçısı Torkum Stepanyan) - deyən toplum törədib. Başqa ölkələrin əraziləri hesabına "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq istəyənlər havadarlarına arxayınlaşaraq bu vəhşilikləri həyata keçirib. 1918-ci ilin Mart qırğınları bu erməni adlanan bir toplumun tarixdə qalması üçün qara ləkədir.

 

“Ermənilər indiki dövrlərdə milli varlıqlarına görə həqiqətən Səlcuq və Osmanlı türklərinə borcludurlar. Bizanslıların və ya digər avropalıların əlində olsaydı , erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi” . (Levon Dabağyan) - deyən ermənilər bu vəhşilikləri bu gün onların yaşaması üçün təşəkkür edəcəkləri türklərə qarşı törədir. Əsrin əvvəllərindən başlanmış bu cür vəhşiliklər əsrin Xirosima və Naqasaki faciələrini geridə qoyan Xocalı soyqırımında ağlasığmaz vəhşiliklə tamamlandı. Lakin bu o anlama gəlməməlidir ki, ermənilər güclüdür və onlardan qorxmaq lazımdır. Bütün humanist və tərəqqipərvər xüsusiyyətlər özündə cəmləşdirmiş xalqımız bütün müharibə və faciələr törədənlərə cavab vermək əzmindədir.

 

Çox da uzaq keçmiş olmayan 2016-cı ilin 4 günlük “Aprel müharibəsi” xatırlayaq. Bu döyüş güclü və hər cür müasir silahlarla təchiz olunmuş ordumuzun əzəmətinin ifadəsi idi. Həmin gün əsgərlərimizin şücaəti dillərdə dastana çevrildi. Bu döyüşə qədər həmişə müdafiə mövqeyində dayanan ordumuz öz torpaqlarının bir qarışının belə düşmənə verməyəcək bir əzmdə olduğunu göstərdi.

 

Sovet imperiyasının əsarətindən yeni xilas olmuş dövlətimizin cəlb olunmuş müharibədə hələ formalaşmamış bir ordudan bütün müasir silah və hərbi texnıka ilə təchiz olunmuş bir rəşadətli orduya çevrilməsi düşməni sarsıtdı. Əsgər və zabitlərimizin öz torpaqlarını düşmən tapdağından xilas etmək üçün ölümün gözünə dik baxması düşməndə qorxu hissinin formalaşmasına zəmin yaratdı. 2016-cı ilin Aprel müharibəsi bir daha onu sübut etdi ki, Ali Baş komandanın əmri ilə ordumuz bu işğalın qarşısını almağa qadirdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA