İranda sel dəhşəti: 

19:36 01-04-2019 | icon 524 | Dünya
İranda sel dəhşəti: 

 

İranın Lorestan vilayətinin Xürrəmabad rayonunun eyni adlı şəhərində 150 mindən artıq insan evlərini boşaldır.

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu İranın Lorestan vilayəti valisinin abadlıq məsələləri üzrə müavini Əhməd Muradpur deyib.

Ə.Muradpurun sözlərinə görə, Xürrəmabad rayonunda güclü yağış və çayların daşması nəticəsində fövqəladə vəziyyət elan olunub.

Vali müavini əlavə edib ki, güclü sel nəticəsində bəzi mənzil və mağazalara su dolub. Həmçinin əhaliyə mənzilləri boşaltması üçün xəbərdarlıq edilib.

Qeyd edək ki, son günlər İranın müxtəlif vilayətlərində aramsız yağan yağışlar daşqınlara, şəhər və kəndlərin su altında qalmasına səbəb olub.

İranın Tibbi Ekspertiza Təşkilatı son sel və daşqınlar nəticəsində indiyədək ümumilikdə 51 nəfərin həlak olduğunu təsdiqləyib.

Lorestan valiliyi Fövqəladə Hallar İdarəsinin baş direktoru Qulamrza Ağa Mirzayi bildirib ki, paytaxt Tehrandan cənub istiqamətində dəmir yolu bağlanıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI