“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

10:00 02-06-2023 | icon 1262 | Siyasət
“2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq”

Zahid Oruc: “Bizim üçün hansı paytaxtlarda görüşmək fəqr etmir”

 

Moldovanın paytaxtı Kişinyovdan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Praqa Sammitindən fərqli olaraq, budəfəki toplantıya daha 3 ölkə - Lixtenşteyn, Monako və San-Marino da dəvət edilib. Avropa Siyasi Birliyi Sammiti regiona nə vəd edir?

 

Bu istiqamətdə Versus.Az xəbər verir ki, müsahibə verən Milli Məclisin deputatı Zahid Oruc mühüm məqamlara diqqət çəkib.

 

- Zahid müəllim, “Avropa siyasi birliyi”-nin missiyasının nədən ibarət olduğuna qiymət verərdiz. Bu təşkilat özündə hansı məqsədləri daşıyır, nələri gözləməliyik və regiona nə vəd edir?

 

- "Avropa Siyasi Birliyi" formatının yaranmasında məqsəd keçmiş sovet məkanını hissə-hissə qazanmaqdır. Zaman etibarilə iqtisadi amillərin öndə tutulduğunu, bəzən geosiyasi məqamların bütün mənafelərdən qabağa qoyulduğunu görmüşük. Ələlxüsus da Birləşmiş Ştatlar regionun stratejisini diqtə edib. Qərb dövlətləri isə onun arxasınca gəlib. Hər bir halda NATO, Avropa Birliyi, ATƏT, Avropa Şurası və digər formasiyaların hər biri regionda yerləşib. Və dərəcələrindən asılı olmayaraq keçmiş sovet ölkələri müəyyən inteqrasiyadan keçiblər. Lakin onların mühüm bir hissəsi bu yaxınlaşmanın və əlaqələrin ağır zərbələrini də alıb. Çünki öz-özlüyündə əsrlər boyü regionda olmuş müxtəlif alyanslar, bu mənada gördüyünüz kimi "Avropa Siyasi Birliyi" sanki qulaqlarda fərqli bir əks-səda doğurur. Bu qurum "Avropa Birliyi" demək deyil. Avropa Şurası və parlamentinin də missiyası ayrıdır. Belə olan təqdirdə yaxın qonşuluq siyasətindən imtina edib, indi uzaq qonşulara əl atırlar ki, onları öz çətirlərinin altına yığsınlar? Bəli, sualı bu cür də təsdiqləyə bilərik: Həqiqətən də Qərb gördü ki, 2010-cu ildən sonra həm Gürcüstanın, həm də Ukraynanın həyatı çox ağrılı oldu və indiki halda Ukrayna-Rusiya savaşı davam edir. Belə şəraitdə daha fərqli formatlar, müstəvilər üzərindən regiona daxil olmağa, yerləşməyə çalışırlar. Gördüyünüz kimi, Praqadan sonra Kişinyova toplaşıblar və məqsəd yenə də təsadüfi deyil. Görüş üçün o ölkəni seçiblər ki, regionda özünün taleyini müəyyənləşdirmək üçün bir neçə dəfə hakimiyyəti, hökuməti dəyişib, prezidenti hazırda cəmiyyətlə gərginliklər yaşamaqdadır.

 

- Praqa Zirvə toplantısında Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Amma Ermənistan yenə də separatçılarını geri çəkmir, öhtəlikləri yerinə yetirmir. Kişinyov görüşü Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində nə vəd etdi?

 

- Biz Ermənistan-Azərbaycan məsələsini məhz “Avropa Siyasi Birliyi” Kontekstində təhlil etməliyik. Ermənistan-Azərbaycan məsələsinə “Avropa Siyasi Birliyi” kontekstində qiymət vermək üçün may ayını əldə əsas götürməliyik. Çünki danışıqlar ötən il 3-4 ay fasilə vermişdi. Moderatorlar sanki biri digərini gözləyirdilər, passivlik mərhələsinə qədəm qoyulmuşdu. O zaman Azərbaycan özünün hərbi mövqelərini strateji yüksəkliklərdə daha da möhkəmləndirdi. Ardınca Laçında suverenliyimizin ən böyük simvollarından biri olan buraxılış məntəqəsi, əslində divar, xətt müəyyənləşdi. Belə bir şəraitdə may ayında ABŞ-da 5 günlük davamlı görüşünü təsadüfi saymamalıyıq. Qərb 2020-ci ildə savaşın nəticəsində regiondan müəyyən qədər sıxışdırılıb çıxarılma, əvəzində Rusiya və Türkiyənin Cənubi Qafqazda daha mühüm rol oynamasını həzm edə bilmirdi. Ona görə də moderatorluqda əlahiddə bir aktivlik göstərilməkdədir. Lakin mən bunu səmimi şəkildə iki dövləti barışdırmaq və Avropanın sülhü, təhlükəsizliyi qazanmaq niyyəti kimi düşünmürəm. Bunun arxasında dayanan planlar indinin özündə belə görünür. Faktiki olaraq Fransa özünün jandarm qüvvələrini regiona göndərməklə sübut edir ki, bu, NATO-nun gələn ayaq səsləridir, onun siqnallarıdır.

Məsələnin başqa önəmli tərəfi ondan ibarətdir ki, mayın 14-də Brüssel görüşü, orada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq bəyan etməsi, rəqəmlər söylənməsi, Qarabağın Azərbaycanın tərkibində qeyd olunması, amma onun paralelində özünü daxili hücumlardan qorumaq üçün “ermənilərin hüquq və təhlükəsizlik məsələrinin qorunması, buna beynəlxalq zəmanət”in istənilməsi fonunda bu yeni bir addım idi. Gözləmək olardı ki, ölkə başçısının da söylədiyi kimi, sülh müqaviləsini bu şərtlərdən sonra imzalamaq müəyyən qədər asanlaşsın. Amma ardınca Moskvada onun da Avropa Birliyi kimi arxa kontekstdə keçirilən görüşləri bizim indiki atılan addımların içərisində nə dərəcədə təsirli rol oynayacağını söyləyəcəyimiz üçün önəmlidir. Avrasiya İqtisadi Birliyi, Azərbaycanın uzun illər özünü bu formatlardan kənarda saxlaması fonunda Ermənistanın hətta konsersus verməsi və ölkəmizin orada iştirak etməsinə etiraz etməməsi, nəhayətdə Putinin bilavasitə Ermənistan-Azərbaycan arasındakı münasibətlərə və sülh müqaviləsinin hazırlanmasına təkrar qoşulması və baş nazirlər formatındakı danışıqların aktivləşməsi prosesin mahiyyətini açığa çıxarır.

 

- Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr apardılar. Avropa üçün Azərbaycan hansı tərəfdən maraqlıdır?

 

- Ölkə rəhbəri Kişinyova həm də Laçından getmiş oldu. Yəni verilən bəyanatların hədəfləri ilk dəfə idi ki, daha artıq dərəcədə Xankəndidə olan siyasi separatizmin bir hissəsi kimi qalan, Konstitusiyaya qarşı çıxış edən şəxslərə “təslim olun, bu halda amnistiya edilə bilərsiz” fikirləri erməni tərəfində ültimatum kimi dəyərləndirilib və onların mediasında əsas diqqət çəkən başlıqlara çevrilib. Lakin hesab edirəm ki, ən önəmli məsələ Şarl Mişelin dünən paylaşdığı Tivitt idi: O, tərəfləri cəsarətli qərarlar qəbul etməyə çağırır və eyni zamanda "keçmiş Dağlıq Qarabağ sakinləri" kimi bir ifadədən istifadə edir ki, bu da Xankəndidə hökmüranlıq edən qüvvələrə də ciddi təsir bağışlayıb. Ancaq hesab edirəm ki, Azərbaycan öz qərarlarını qəbul edib. Bu da hərbi reallığı sənədlər üzərinə daşımaqdır. Kimsə sülh müqaviləsinin “Qarabağ erməniləri məvhumu, onların hüqquq və təhlükəsizliyi məsələsi” öz əksini taparsa imzalanacağını düşünürsə, bu, qələbəmizin mənafelərinə, onun böyüklüyünə zidd bir addım olardı.

Ölkə başçısının strategiyası tam aydınlığı ilə seçilir və bu, Cənubi Qafqazda yeni bir dönəmin, mərhələnin başlanğıcını qoya bilər. Amma həm Brüssel formatı, həm Amerikada keçiriən danışıqları Vaşinqtonun diqtəsi, eyni ssenarisi hesab edirəm. ABŞ maksimum dərəcədə Rusiyanı Ukrayna savaşında qlobal embarqoların sanksiyaların hədəfi və onarın dağıdılmasına çalışdığı bir şəraitdə Qafqazlarda onun əleyhinə ikinci cəbhə açmaq, Ermənistanı öz tərəfinə çəkmək və bunu möhkəmləndirmək və bərqərar eləmək, onadan ikinci Gürcüstan düzəltmək, nəticə etibarilə sonradan Qafqazlara doğru özünün həmlələrini genişləndirmək və İran əleyhinə bölgədə möhkəmlənmək ideyasını güdür. Plan bundan ibarətdir. Əminəm ki, bir dönəmdə də fransız jandarmeriyasının qüvvələrini nəinki cəsuslar, hansısa  kəşfiyyat emissarları, eləcə də NATO qüvvələri ilə də əvəz etmək istəyəcəklər. Bütövlkdə Qərb planı bundan ibarətdir.

 

- Azərbaycan Prezidenti İlham Əliyev ikinci dəfə təşkil olunan bu tədbirə hansı “baqaj”la qatıldı və ümumən Avropa Siyasi Birliyi Sammiti regiona nə vəd edir?

 

- Bizim üçün hansı paytaxtlarda görüşmək fəqr etmir. Amma ölkə rəhəbrinin bundan əvvəlki bəyanatlarından birini misal gətirmək istəyirəm: O bəyan edib ki, "biz 2023-cü ildən sonra o cür seriyalı danışıqlara qatılmayacağıq. Yəni onlara qarşı bir etimadsızlıq voltumu bildiriləcəkdir. Yəni silsilə halında 10 illərlə, indi bizim qalib olduğumuz halda bu danışıqlara getmək, yenə də üçüncü, dördüncü dövlətlərin mənafeyinə xidmət edən mühit formalaşdırmaq əsla Azərbaycan insanının, dövlətinin, millətinin maraqlarına xidmət etmir. Bizim Prezident qarşısına elə bir hədəflər qoyub ki, artıq bunların gerçəkləşdirilməsi bir faktdır. Bu bəzən sərt, bəzən yumşaq gücün tətbiqi ilə  baş verib. O üzdən 6 oktyabrda elə həmin “Avropa Siyasi Birliyi”nin tədbirində iştiarak edən zaman Minsk Qrupunu hansısa formada bərpa etməyə çalışan Fransa və onun rəhbəri Makronun həmin görüşdən cəmi 3 gün keçməmiş televiziyaya çıxıb antiAzərbaycan mövqeyindən çıxış etməsi, Qarabağa aşağı, yuxarı qanunverici orqanlarda  qərarlar verilib qətnamələr çıxartması, sonra bunu daha da azğınlıqla davam etməsi Fransanın vasitəçi mandatını itirməsi ilə yekunlaşmışdı. Belə şəraitdə indiki halda Almaniyanı da bura qoşmaqla az qala Ukrayna üzərində o dördlük formatı kimi mexanizmi meydana gətirirlər. Minsk Qrupu hansı adla olursa olsun, bərpası qeyri mümkündür. Çünki bu, ölkəmiz və region üzərində qurulmuş bir tələ idi, idarəçilik mexanizmi idi və təzədən nə Qarabağ, nə də Ermənistan-Azərbaycan münasibətləri üzərində hansısa beynəlxal vasiəçilik missiyalarına da ehtiyac yoxdur.

Bu gün tərəflərin öz aralarında razılaşmaları daha real görümür, nəinki başqa qüvvələrin burada özlərini sülhpərvər formada göstərmələri. O üzdən dekarativ formada bəlkə də bəyanatlar formasında hansısa sənədlər səsləndirilə bilər. Amma ən sonda sülh müaviləsinin imzalanması o platformada mümükün olacaq ki, onlar bu və ya digər formada hərbi cəhətdən iştirak edirlər. Bu isə indiki halda sülh ətrafnda gərgin vəziyyət, qarşıdurma yaradır. Bizim ölkəmizlə Ermənistanı barışdırmağa çalışan dövlətlərin özünün arasında qlobal müharibə gedir.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...