Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilir

14:55 06-04-2019 | icon 532 | Cəmiyyət
Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilir

Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci "Fərqli Fərdlər" konqresi keçirilir. Konqresin təşkilatçıları "CEO" şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturudur.

Versus.Az xəbər verir ki, konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, təhsil nazirinin müavini İdris İsayev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov, BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası, təhsil alması, bilik və bacarıqlarının artırılması, sağlamlıqlarının mühafizəsi, onlar arasında xüsusi qabiliyyətə malik olanların aşkarlanması sahəsində görülmüş işlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə hər bir uşağa bərabər hüquqların yaradılması üçün ciddi islahatlar aparılır. Çıxış edənlər təmsil etdikləri qurumların xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr etdiyi layihələr barəsində məlumat veriblər.

 

Tədbir "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Konqresin baş tərəfdaşı qismində BP çıxış edir. Tədbir Shokki Mokki brendi, həmçinin "Halliburton", "ACE Group Consultants", "Art Trio", "Credo" və "CTS Translation" şirkətləri tərəfindən dəstəklənir. Təşkilati dəstək "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən göstərilir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI