“İncəsənət Olimpiadası” yarışması keçiriləcək


Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasını təşkilatçılığı ilə may ayının 4 və 5 tarixlərində “İncəsənət Olimpiadası” yarışması keçiriləcək.
Versus.Az xəbər verir ki, yarışma 2 gün baş tutacaq: birinci gün musiqi və vokal, ikinci gün isə rəqs növləri üzrə. Təşkilatı dəstək Azərbaycan İncəsənət Gimnaziyası və Jam Group komandası tərəfindən göstərilir. Yarışma 4 may Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, 5 may isə Azərbaycan Teatr Xadimləri İttifaqının məhşur və sevilən konsert salonu olan “Aktyorlar Evində” keçiriləcək.
İncəsənət Olimpiadası artıq üçüncü ildir ki, keçirilir. Hər il yarışmaya yerli kollektiv və fərdi iştirakçılarla yanaşı, xarici iştirakçılar da qatılırlar. Bu cür yarışmaların keçirilməsində məqsəd isə istedadlı uşaq və gəncləri tanıtmaq, onları üzə çıxarmaq və xarici əlaqələri yaxşılaşdırmaq, uşaqların və rəhbərlərin xarici iştirakçılar və müəllimlərlə tanışlıq əlaqlərinin yaranmasına şərait yaratmaqdı. Bunu da qeyd edək ki, yarışma zamanı iştirakçılara öncədən çıxışlar üçün nömrələr verilir və onlar o nömrələrlə səhnəyə dəvət olunurlar. Çıxış zamanı iştirakçıların adları və hansı məktəbdən və ya qrupdan olduqları, müəllimlərin adları açıqlanmır.
“Yarışmada iştirak edən rəqs qruplarına gələcək həyatlarında müvəffəqiyyətlər diləyirəm. Ən əsası isə bədii rəhbərlərə bu çətin və məsuliyyətli sənət yolunda hər zaman uğurlar əldə etməyi diləyir və istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdiyi üçün təşəkkür edirəm” – deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti, Azərbaycan Gənclər İttifaqı ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov iştirakçılara öz arzularını bildirdi.
Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.
Yarışma bu yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaş), yeniyetmələr (11-15 yaş), böyüklər (16 yaş və yuxarı).
Yarışmada bu nominasiyalar olacaq: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).
Yarışmada qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: +994 55 707-90-02
İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular
Oğurlanmış smartfon oğrunun görüntüsünü sahibinə yolladı - VİDEO
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO
Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir
Təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb
“Qızıl qlobus” namizədlərin adı açıqlandı
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
İrəli
