Putinin Bakıya “Saakaşvili tələbi”… -

18:58 30-04-2019 | icon 453 | Dünya
Putinin Bakıya “Saakaşvili tələbi”… -

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri ən yüksək inkişaf dövrünü yaşayıb. Saakaşvili həmişə Azərbaycan haqqında ancaq müsbət fikirlər söyləyib. Saakaşvilinin dövründə kimsə Azərbaycan sərhədinə gəlib dağın başından bizi təhqir etmirdi. Bütün bunlar indi yaşanır.

 

Versus.Az xəbər verir ki, bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu Mixail Saakaşvilinin Rusiya Prezidenti Vladimir Putinin onu ölkəyə buraxmaması üçün bir sıra ölkələrə, o cümlədən Azərbaycana təzyiq etməsi barədə son açıqlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, Mixail Saakaşvili prezidentlikdən getdikdən sonra da dəfələrlə Bakıda olub, müxtəlif konfranslarda iştirak edib, Prezident İlham Əliyevlə görüşüb:

“Saakaşvilini xanımı da Bakıya gəlib, kitabının təqdimatını keçirib. Saakaşvili Putinin əsas düşmənlərindən sayılır. Ancaq Putin istəyir deyə, Sakaşviliyə Azərbaycanın qapılarının bağlandığı da yanlış olardı. Kremlin Azərbaycanın daxili işlərinə qarışmağa, Bakıya kimi çağırıb, kimi çağırmamaq kimi “tövsiyə” verməyə haqqı yoxdur. Torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən erməni rəsmilərin Moskvaya mütəmadi dəvətləri bizim də xoşumuza gəlmir. Ancaq bizdən kimsə buna görə Rusiyaya mesaj göndərmir ki, onu qəbul etməyin. Odur ki, Saakaşvili də rahatlıqla Bakıya gəlmək imkanına malik olmalıdır. Kremlin qanunsuz istəyini bir dəfə yerinə yetirsək, iştahının və növbəti “istəklərinin” sayı artacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır