ZƏRİFƏ ƏLİYEVA - kimsənin toz qondura bilməyəcəyi ŞƏXSİYYƏT

09:47 01-05-2019 | icon 562 | Köşə
ZƏRİFƏ ƏLİYEVA - kimsənin toz qondura bilməyəcəyi ŞƏXSİYYƏT

O, məhz öz adıyla sayılıb-sevilən şəxsiyyətlərimizdəndir

RAMİL NƏCƏFLİ

/tibbi jurnalist, psixoloq/

 

Aprelin 28-i həm də görkəmli alim, oftalmoloq həkim ZƏRİFƏ XANIM ƏLİYEVAnın doğum günü idi. Ədalət xətrinə qeyd etməliyəm ki, Zərifə xanımın haqqında tibbi jurnalist kimi xeyli bitərəf alimdən sorusmusam. Fəaliyyətini araşdırmışam. (Bildiyiniz kimi mən 2005-ci ildən aktiv tibbi jurnalistika ilə məşğulam). Olduqca insanpərvər, qaygıkes, şəfqətli, humanist insan olub. Eyni zamanda öz zəhmətilə alimlik dərəcsi almış Azərbaycanın nadir elm admalarından biri olub.

 

Bəli, O, məhz öz adıyla sayılıb-sevilən şəxsiyyətlərimizdəndir. Onun səxsiyyəti haqqında kimsənin toz qondura biləcəyi heç bir məlumata rast gəlmədim. Həyatı boyu yalnız öz peşəsi ilə məşğul olub. Bacardıqca xeyli insana yardım göstərib.

 

Məlumdur ki, istər indi, istərsə də Sovet dövründə saxta yolla alim olan şəxslər çoxdur. Rus alimlərinin kohnəlmiş, arxiv dissertasiyalarını azərbaycanlılaşdıraraq, yaxud kimlərəsə dissertasiya yazdıran tibb elmləri doktorları, akademiklər çoxdur ölkəmizdə. Heç bir səmərəli elmi fəaliyyətləri faktiki olaraq yoxdur elələrinin. Lakin akademik Zərifə Əliyeva Azərbaycanın barmaqla sayılacaq qədər öz gücünə, öz alın tərinin hesabına yüksək alimlik dərəcəsi almış görkəmli elm adamlarımızdan biridir. Onun ailə üzvləri də ölkəmizə unudulmaz töhvələr vermiş şəxsiyyətlər olub.

Atası Əziz Əliyevin də fəaliyyətini araşdırmışam. O xalqımızın əsl qürur yeridir. Onun istər Dağıstanda, istərsə də Cənubi Azərbaycanda ölkəmizin mənafeyi və əsl azərbaycanlı kimi gördüyü fəaliyyət insanda fərəh hissi doğurur. Ölkəmizin tibb elminə də töhvəsi əvəzsizdir.

Zərifə Əliyevanın bacısı Gülarə Əliyeva da "Dan ulduzu" instrumental ansamblının yaradıcısı, öz sənətilə məşğul olan, müsiqimizə böyük töhvələr vermiş məsum bir insan olub.

Heyf yaxsı adamlar tez rəhmətə gedir. Ruhu şad olsun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər