Vəkil: Fuad Abbasov mayın 28-dən öncə ekstradisiya oluna bilər
“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”.
Versus.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki, bunu açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.
O, dünən istintaq komitəsinə getdiyini dedi:
“Mən onları tələsdirirəm. Hazırda dəqiqləşdirmələr gedir. Mən tələb edirəm ki, Fuad Abbasov orada olduğu müddətdə onu sorğu-sual etsinlər”.
Vəkilin sözlərinə görə, F.Abbasovun ekstradisiyası mayın 28-dən daha tez ola bilər. E.Paşayev artıq müvafiq cərimənin ödənildiyini və bu barədə sənədləri səfirliyə apardığını dedi. Müsahibimizin sözlərinə görə, sənədlər F.Abbasovun olduğu yerə göndəriləcək və jurnalistin ekstradisiyası daha tez baş tuta bilər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"