“Ermənilərin Qarabağda yaşadıqları hər günü onların burunlarından gətirməliyik” - MÜSAHİBƏ

11:43 28-05-2019 | icon 752 | Siyasət
“Ermənilərin Qarabağda yaşadıqları hər günü onların burunlarından gətirməliyik” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “…belə bir vəziyyətdə nə iqtidara, nə də müxalifətə güvən ola bilməz”

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi

 

- Sərdar bəy, Paşinyanın Şuşadakı “yallısı"ndan sonra Azərbaycanın ictimai-siyasi sferasında yaranan daxili qəzəb hissi belə bir təəssürat yaratdı ki, bizim tərəf işğalçı erməni həyasızlığına qarşı yeni bir hərbi həmlələr etməli, işğalla bağlı beynəlxalq aləmə sərt bəyanatlar verməli idi. Sizcə bu baş vermədisə səbəbləri nə idi?

 

- Əsrin əvvəllərində Türkiyədən qaçan Andranik gəlib Qarabağda "meydan sulayırdı”. O zaman Azərbaycan milli ordusu Qarabağa yeridildi və orada olan daşnakların hamısı məhv edildi. 100 ildən sonra ermənilər Qarabağda eynilə Andranikin hərəkətlərini təkrar edir, amma iqtidar demokratik cümhuriyyətin addımlarını təkrar etmir. Mən dəfələrlə bildirmişəm ki, necə ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında bayramlar, idman yarışları keçirib, əhalisini məskunlaşdırmaqla məşğuldur, heç vaxt Qarabağ problemini həll edə bilmərik. Bu problemi həll eləmək üçün ermənilərin Qarabağda yaşadıqları hər günü onların burnundan gətirməliyik. Münaqişə ilə bağlı loyal yanaşmalara baxanda elə təəssürat yaranır ki, Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ problemini həll etmək fikri yoxdur və Rusiyanın təsiri altında, onun istədiyi yolla gedir. Ona görə də Paşinyan tam arxayın şəkildə istədiyi zaman Qarabağa gedir və hətta hakimiyyətə gələndən sona ilk mətbuat konfransını da orda keçirdi. Hazırda hərbi müşavirələrini, idman yarışlarını Şuşada keçirib, orda yallı gedir. Hətta oradan Azərbaycan iqtidarına qarşı ağzına gələn hədyanlar, təhqiramiz fikirlər işlədir. Amma iqtidarın sanki onların qarşısında bir günahı varmış kimi, sanki hansısa bir qüvvə bu iqtidarın ağzını, qolunu bağlayıb ona danışmağa, hərəkət etməyə imkan vermirmiş kimi susur. İndi müxalifətə həvəslə hücum edən iqtidar nümayəndələri var ha, bunların biri çıxıb bu cür çıxışlara cavab vermirlər.

 

- Münaqişənin həlli məsələsində Azərbycana qarşı beynəlxalq təsirlərin olması irəli sürülür və daha çox Rusiya faktorunun üzərində dayanılır. Səbəb nədir?

 

- Beynəlxalq təsirlər var, amma bu təsirlər o zaman effektli ola bilər ki, ona tabe olasan. Azərbaycan iqtidarı nəyə görə Rusiyaya tabe olmalıdır ki, onun istədiyi addımı da atsın. Rusiya kimdir ki? Biz müstəqil dövlətik, BMT-nin üzvüyük və beynəlxalq hüququn tələb etdiyi şərtlər əsasında hərəkət etməliyik. Amma bu gün Çeçenistanla müqayisədə Azərbaycanın müstəqilliyi daha çox məhduddur. Söhbət qazın, neftin satılmasından gedirsə, Çeçenistanın bütün neft-qazını Kadırov satır və öz ölkəsinə xərcləyir. Rusiyaya heç nə vermir, eləcə də Tatarıstan. Yəni bu gün Rusiyanın muxtar respublikalarındakı iqtisadi müstəqilliyi Azərbaycanda olduğundan daha çoxdur. Azərbaycanda siyasi müstəqillik olduğuna görə Rusiya iqtisadi əlaqələrimizə mane olur. Amma özünün muxtar respublikalarında siyasi müstəqillik yoxdur deyə, onlarda hər cür iqtisadi müstəqilliyə imkan verir.

 

- Sərdar bəy, son günlər Ermənistanda korrupsiyaya görə həbs olunan Köçəryanın məhkəmə prosesi və onun azadlığa buraxılması ilə bağlı Paşinyanın keçirdiyi narahatlıq gündəmdədir. Ermənistanda klanlar arasında yaranan qarşıdurma bir çox ekspertlərin dediyi kimi, Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli yanaşmanı ortaya çıxara bilərmi və bu nə dərəcədə realdır?

 

- Bunlar hamısı gülməlidir. Erməmistanda gedən bu oyunlar erməni xalqının narazılığını yatırmaq, hökumətdə Qarabağ ermənilərinə yer verməməklə bağlı konfrontasiyanı həll eləmək məqsədi güdür. Bunun Azərbaycana - Qarabağ münaqişəsinə qətiyyən aidiyyatı yoxdur.

 

- Qarabağ münaqişəsinin həllində "Xalq diplomatiyası - Xalqların sülhə hazırlanması" məsələsi var və ATƏT-in Minsk qrupunda olan həmsədr dövlətlər bu yöndə aparılan siyasətə xüsusi önəm verməyə başlayıb. Rusiya, Lavrov artıq bu diplomatiya əsasında jurnalistlərin Qarabağa göndərilməsi prosesini də tezləşdirməklə bağlı fikirlər işlədib. Bununla nəyə nail olunmağa çalışılır?

 

- Əvvəla ərazilərimiz işğal olunub. Belə bir vəziyyətdə sülhə getməyimiz işğalla barışmaq deməkdir. Bu sülhü hazırlamazdan əvvəl ermənilər Qarabağı işğaldan azad eləməlidir, Azərbaycan əhalisi öz yerlərində yerləşdirilməlidir, ondan sonra sülhlə bağlı danışıla bilər. Bu "sülhə hazırlanma, xalq diplomatiyasında" o məqsəd güdülür ki, Azərbaycanla Ermənistan inteqrasiya eləsin. Amma indiki halda Azərbaycan xalqını sülhə hazırlamaq onu işğalla razılaşdırmaq, erməniləri isə Qarabağı mənimsəməyə hazırlamaq deməkdir. Bunun başqa adı yoxdur. Bunu kim edirsə, vətənə xəyanətdir. Lavrov kimdir, o da ermənidir. O nə vaxtdan Azərbaycan xalqının taleyini həll edən bir adam olub. Azərbaycanın Çar Rusiyası ilə nə əlaqəsi var. Bu torpaqlar bizimdir. Sadəcə olaraq bu gün Azərbaycan xalqı siyasi olaraq parçalandığına görə bir qədər zəifləyib, bundan istifadə edərək Qafqazda torpaqlar hesabına iki dənə xristian dövləti yaradıblar, indi də bizim torpaqlar hesabına o dövlətləri genişləndirmək istəyirlər. Məqsəd də Azərbaycan türklərini öz dədə-baba torpaqlarından sıxışdırmaqdır. Necə ki, Ermənistandan sıxışdırdılar, necə ki, Gürcüstandan, Dağıstandan sıxışdırırlar, istəyirlər ki, Qarabağdan sıxışdırıb çıxarsınlar.

 

Rusiyanın özündə ciddi siyasi dəyişilmələr baş verməyənə qədər onun siyasəti bizim əleyhimizə olacaq.

 

- Sərdar bəy, nəhayətdə özümüzə güvənərək, siyasətimizi qurmaq imkanlarımız hansı səviyyədədir?

 

- Hökumət xalqa arxalansa, iqtidarla müxalifət arasında sivil, normal münasibət olarsa, güvən olacaq. Amma bu gün iqtidar müxalifətə, müxalifət iqtidara düşmən kimi baxırsa, iç həmrəyliyi yoxdursa, hakimiyyətin legitimliyi zəifdirsə, belə bir vəziyyətdə nə iqtidara, nə də müxalifətə güvən ola bilməz. Biz bir-birimizə arxayın olmaqla güvən yaratmalıyıq. Yoxsa düşünürsən ki, müharibə olsa mən səni satacam, mən də düşünürəm ki, sən satacaqsan məni. Burda həm bir güvəndən söhbət gedə bilməz.

 

- Sosial mediada düşməni silahla susduran qəhrəmanlarımıza qarşı qınayıcı fikirlər sərgiləyən adamlar var ki, guya humanizmi müdafiə xarakterli çıxışları ilə sadə insanların əsəbləri ilə oynayırlar. Məsələ son vaxtlar Mübariz İbrahimov və Ramil Səfərovla bağlı daha dinamik xarakter alıb. Nə baş verir?

 

- Bunlar hamısı Rusiyanın kəşfiyyat orqanlarının əməkdaşlarıdır. Bunlar azərbaycanlı deyillər. Məsələn, Eynulla Fətullayev deyir ki, biz Şuşanın itirilməsi ilə razılaşmalıyıq. Siz düşünürsüz ki, bu onun öz ağlının məhsuludur? Yox, bu adamlar xüsusi təhlükəsizlik orqanlarının təsiri altındadır və ordan maliyyələşirlər. Belə adamlar zaman-zaman xarici dövlətlərin maraqlarına uyğun bəyanatlar verirlər. Eynulla Fətullayevin bu sözü faktiki olaraq daxildə insanları ideoloji olaraq o sülhə hazırlamaqdır. Bu yaxınlarda Qüdrət Həsənquliyev dedi ki, Azərbaycan xalqı Qarabağı azad etmək üçün fədəkarlıq eləmək istəmir. Qarabağın azadlığı uğrunda 20 min azərbaycanlı canından keçib. Demək, Azərbaycan xalqı fədakarlıq etməyibsə, bu ən azı Azərbaycan xalqının xəyanətdir. Amma bu sözləri deyirlər, niyə? Çünki xalqa çatdırmaq istəyirlər ki, Qarabağı vermək lazımdır. Biri deyir "itirilib", o biri də deyir ki, "sən fədakar deyilsən ki, razılaş”. Bu xalqın psixoloji olaraq təslimçiliyə hazırlanması deməkdir. Bizim də müxalifət olaraq imkanımız, gücümüz çox məhduddur. Müxalifət olaraq parlamentdə təmsil olunmuruq, cəmiyyətdə təsirlərimiz azdır və xalq da bu cür düşmən qüvvələrin təsiri altındadır.

 

- İqbal Ağazadə belə bir fikir işlədir ki, biz işğal altında olan əraziləri bombalamalıyıq. Sizin fikriniz?

 

- Bəli, mən də o fikirdəyəm və bir qədər əvvəl də dedim. Məsələn, Xankəndində aeroport tikirlərsə, ora atəş altında qalmalı, tikintisinə icazə verilməməlidir. Xankəndinin bütün kommunikasiyaları dağıdılmalıdır. Şuşadan, Laçından gələn yol dağılmalıdır. Bunlar edilmirsə, o zaman ermənilər də orda yallı getməyib, nə etsinlər?! Elə etməliyik ki, ermənilər günün günorta çağı, gecənin qaranlığında belə, müstəqil şəkildə bir evdən çıxıb, o biri evə gedə bilməsin. İşğal olunmuş ərazidə bu adamlar nə qələt edirlər. Amma Azərbaycan Paşinyan tərəfi orda tədbir keçirəndə heç bir maneçilik etmir. Paşinyanın ilk press-konfransına gedən jurnalistlərin akkreditasiyası Bakıdan olub. Fikir verin, sual olunur: əgər işğalçı sənin torpağında mətbuat konfransı keçirirsə, buna mane olmaq əvəzinə niyə xarici jurnalistlərə icazə verilməlidir ki, gedib o konfransı işıqlandırsınlar. Məqsəd nədir, bax sülhə belə hazırlayırlar. Paşinyana deyirlər ki, sən gəl işğal etdiyin ərazilərdə "meydan sula", bizim iqtidara da deyirlər ki, sən sus otur yerində. Bu da olur sülhə hazırlama, vəssalam…

 

Tahirə Qaraflı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI