Deputat Tovuzda həllini gözləyən problemlərlə bağlı hökumətə çağırış edib

18:17 31-05-2019 | icon 347 | Siyasət
Deputat Tovuzda həllini gözləyən problemlərlə bağlı hökumətə çağırış edib

“Cənab Prezidentin rəhbərliyi altında ölkəmizin bütün bölgələrində həyata keçirilən sosial-iqtisadi, sosial layihə və islahatlar insanlarımızı dəstəkləyir. Özəlliklə cənab Prezidentin əhalinin sosial-iqtisadi imkanları zəif təbəqəsinə xüsusi diqqətini və bu istiqamətdə görülən işlərin önəmini qeyd etmək istərdim”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirələrindəki çıxışında millət vəkili Qənirə Paşayeva bildirib. O, layihəni dəstəklədiyini deyib.

 

Q.Paşayeva Tovuzda görülən işlər və həllini gözləyən problemlərdən də danışıb. Təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə toxunub və Tovuz rayonunda 1162 abonentin qazla təmin olunmadığını deyib:

 

“Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. hökumətimizi Müvafiq qurumlarımızı  minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirik ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapa biləcək”.

 

Millət vəkili həmçinin 2014-cü ildən tikintisi başlayan, amma bu günə qədər tikintisi başa çatmayan Nizami adına Mədəniyyət Evi ilə bağlı da danışıb və hökuməti bu mədəniyyət ocağının tikintisinin başa çatması üçün qısa zamanda vəsait ayırıb işlərin görülməsinə çağırıb. Bildirib ki artıq 2 ildən çoxdur Nizami adına Mədəniyyət Evinin tikintisi yarımçıq dayandırılıb və əgər qısa zamanda mədəniyyət ocağının tikintisi başa çatmazsa, bu günə qədər həyata keçirilən və yarımçıq qalan tikilinin vəziyyəti daha da pisləşəcək:

 

"Bu günə qədər tikilinin tikintisinin həyata keçməsinə vəsait xərclənib, amma yarımçıq qalma səbəbindən əgər belə davam edərsə, yarımçıq tikili də yararsız hala düşə bilər, bu da nə qədər dövlət vəsaiti itkisi deməkdir. Eyni zamanda rayonun bu mədəniyyət evinə ciddi ehtiyacı var. Ona görə də hökuməti bu mədəniyyət evinin tikinti işlərinin başa çatması üçün vəsait ayırmağa və işlərin sürətlə başa çatdırılması üçün Tovuz sakinləri adından müvafiq qurumlara çağırış edirəm və ümid edirəm ki, bu məsələ qısa zamanda baxılaraq həllinə dəstək göstəriləcək".

 

Q.Paşayeva Tovuzdan yenicə qayıtdığını və orada istixanalarda yetişdirilən kənd təsərrüfatı məhsullarının qiymətləri ilə Bakıda bazar və marketlərdə satılan həmin məhsulların qiymətləri arasında böyük fərqdən də danışıb və müvafiq qurumları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıb:

 

"Kənddə insanlar bütün günü çalışaraq min bir çətinliklə bu məhsulları yetişdirirlər. Amma onlar həmin yetişdirdikləri məhsulları bizim bazarlarda aldığımız qiymətlər ilə müqayisədə həddindən artıq ucuz qiymətə satırlar. Bakıda vətəndaşlarımız isə həmin məhsulları kəndlərdəki qiymətlərlə müqayisədə həddindən artıq baha qiymətə alırlar. Həm məhsulları yetişdirən, həm də alanlar çətinliklə üzləşirlər, amma bir qrup insanlar qiymətlər arasındakı fərqdən istifadə edərək qazanırlar. Məhsullarını özləri yetişdirən insanların öz məhsullarını gəlib satması asan deyil, bir sıra əngəllər var. Ona görə də müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırırıq ki, əsas qazananlar kəndlərdə kənd təsərrüfatı məhsullarını yetişdirən insanlarımız və yüz minlərlə sadə alıcılar olsun, bir qrup insan yox".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI