Qurultayda İqbal Ağazadəyə kimlər alternativ olacaq?

19:08 22-06-2019 | icon 625 | Siyasət
Qurultayda İqbal Ağazadəyə kimlər alternativ olacaq?

Tamilla Qulami: "Qurultayın keçirilməsi üçün alternativ variantlarımız var, sadəcə o variantları son ana saxlamışıq"

 

“Bu il Ümid Partiyası qurultay keçirməyi planlaşdırır. Qurultay üçün bütün hazırlıq mərhələlərini keçmişik. Konfransımızı keçirməyən bir neçə rayonumuz qalıb, onlar da qısa müddət ərzində işi yekunlaşdıracaqlar”.

 

Versus.Az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib.

T.Qulami bildirib ki, ümumilikdə qurultay keçirmək üçün üzərimizə düşən işlərin 80 faizi tamamlanıb:

 

“Təəssüf ki, yer üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyəti, ayrı-ayrı rayonların icra hakimiyyətlərinə müraciət etməmizə baxmayaraq, hələlik müsbət cavab ala bilməmişik. Qurultayın keçirilməsi üçün alternativ variantlarımız var, sadəcə o variantları son ana saxlamışıq. Qurultay nümayəndələrimizin sayı kifayət qədər çox olduğu üçün kiçik yerdə keçirilməsini məqsədəuyğun saymırıq”.

 

Qurultayda kimlərin partiya sədrliyinə namizəd olacağına da toxunan xanım siyasətçi deyib ki, partiya sədrliyinə namizədliyin önə sürülməsi qurultayın səlahiyyətində olduğu üçün müəyyənləşdirilmiş namizədi qurultay təqdim edəcək.

Qeyd edək ki, hazırda Ümid Partiyasının sədri sabiq deputat İqbal Ağazadədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA