Azərbaycandakı bir neçə məkan YUNESKO-nun siyahısına namizəd kimi irəli sürüləcək

19:38 27-06-2019 | icon 375 | Mədəniyyət
Azərbaycandakı bir neçə məkan YUNESKO-nun siyahısına namizəd kimi irəli sürüləcək

Azərbaycandakı bir neçə məkanın YUNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.

 

Versus.Az-ın məlumatına görə, bunu YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

 

Nazirin sözlərinə görə, hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

 

Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

 

Nazir əlavə edib ki, YUNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA