Almaniya NATO üçün müdafiə xərclərini artırmayacaq

01:51 16-08-2019 | icon 419 | Dünya
Almaniya NATO üçün müdafiə xərclərini artırmayacaq

Almaniyanın federal kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların qoşun kontingentinin onun ölkəsindən çıxaracağı və Polşada yerləşdirəcəyi ilə balı təhdidinə baxmayaraq NATO-nun məqsədləri üçün müdafiə xərclərini artırmaq fikrində deyil.

Versus.Az Azərtac-a istinadən xəbər verir ki, Berlində keçirdiyi mətbuat konfransında çıxış edən Merkel bildirib ki, Almaniya NATO-nun hədəflərinə uyğun olaraq özünün müdafiə xərclərini mərhələli şəkildə artırmağı planlaşdırır. O, qoşunları bu ölkənin ərazisində saxlamağın ABŞ üçün də sərfəli olduğunu vurğulayıb. Merkel əlavə edib: "Düşünürəm ki, Almaniyada dislokasiya olunmaq ABŞ əsgərləri üçün də çox yaxşıdır". Federal kansler qeyd edib ki, onun ölkəsinin ərazisində olan Amerika hərbi bazasına böyük miqdarda sərmayə qoyulub. Angela Merkel onu da vurğulayıb ki, Almaniya hökuməti öz ordusunun güclənməsi üçün tədbirləri davam etdirəcək.

ABŞ-ın Polşadakı səfiri Corcette Mosbaçer Vaşinqtonun müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində artırmaq barədə Berlinin qarşısında qoyduğu tələblə bağlı özünün Twitter səhifəsində yazıb: "Polşa NATO-nun qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq müdafiə xərclərini ÜDM-nin 2 faizi həcmində müəyyən edib. Almaniya isə bunu etməyib. Biz Amerika qoşunlarının Almaniyadan Polşaya köçürülməsini alqışlayarıq".

 

Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Qrenell isə bildirib ki, Almaniyanın öz ticarət gəlirlərini daxili məqsədlərə yönəltdiyi bir şəraitdə ABŞ-ın vergi ödəyicilərinin bu ölkədəki 50 min əsgərin xərcini ödəməyə davam edəcəyini gözləmək düzgün olmazdı.

 

Avropanın ən qüdrətli iqtisadiyyatına malik olan Almaniya NATO-nun məqsədləri üçün öz büdcəsindən ÜDM-nin cəmi 1,36 faizi həcmində vəsait ayırır. Merkel hökuməti bu rəqəmin 2024-cü ilədək 1,5 faizə çatdırılmasında təkid edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA