“25 ildir ermənilərə güzəşt edirik, bəsdir”


ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, Atlantik Şuranın analitiki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Qarabağ danışıqlarının perspektivləri barədə danışıb. O deyib ki, Nikol Paşinyanın qəribə bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları davam etdirməsi olduqca vacibdir. M.Brayza qeyd edib ki, Ermənistan baş nazirinin bəyanatları bir-birinə ziddir:
“Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.
M.Brayzanın sözlərinə görə, Dağlıq Qarabağın yekun son hüquqi statusu danışıqlar yolu ilə razılaşdırılmalıdır:
“Danışıqlar prosesində bir tərəf fayda əldə etmək üçün nəyisə güzəştə getməlidir. Əgər hansısa tərəf istədiyi hər şeyi əldə etmək üçün güzəştə getməyəcəyini deyirsə, bu, sadəcə, doğru deyil”.
M.Brayzanın açıq da olmasa Azərbaycanı da tərəf kimi güzəştə getməyə çağırması birmənalı qarşılanmır. Ekspertlər hesab edir ki, Qarabağ münaqişəsi və Ermənistanın haqsız mövqedə olması barədə ətraflı bilgiyə malik diplomatın Azərbaycan tərəfini də dolayısı ilə güzəştlərə çağırması absurddur. Brayzanın işğalçı ilə işğala məruz qalan tərəf arasında balans saxlaması təəccüblüdür.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu barədə “Yeni Müsavat”a bildirdi ki, Metyu Brayzanın Paşinyanın mövqeyini tənqid etməsi müsbətdir və haqlıdır. Lakin Azərbaycanı da güzəştə getməli olan tərəf kimi nəzərdə tutması məntiqsizdir:
“Metyu Brayza əvvələr də qeyri- stabilliyi ilə fərqlənirdi. Gah Azərbaycanın obyektiv mövqeyini müdafiə edir, gah da anlaşılmaz açıqlamalar verir. İndi də onun Qarabağ məsələsinin həlli üçün qarşılıqlı güzəşt məsələsinin vacibliyini dilə gətirməsi absurddur. Azərbaycanın torpaqları işğal altındadır, nəyi güzəştə getməliyik?! Azərbaycan artıq güzəştini 20 ildən çoxdur edir-25 ildir atəşkəsə razı olmağımız, hələ hərbi əməliyyatlara başlamamağımız ermənilərə güzəştdir. 25 ildir ermənilərə güzəşt edirik, bəsdir.
Azərbaycan tərəfini də güzəştə çağırmaq kimi yanaşma Ermənistanın işğalçı rolunun arxa plana keçirilməsi cəhdidir. Ermənilər buna çalışırlar ki, guya işğal faktı olmayıb, Azərbaycanla Ermənistan nəyisə razılaşdırmalıdırlar. Bunlar hamısı ermənilərin uydurmalarıdır. Paşinyan da son vaxtlar deyir elə variant olmalıdır ki, Ermənistanı, Dağlıq Qarabağı, Azərbaycanı razı salsın. Bunu özünün böyük “kəşfi” kimi təqdim edir. İndi Brayza da ermənilərin bu oyunlarına uyğun açıqlamalar verirsə, təəssüf edirik".
A.Nağı bəyan etdi ki, Azərbaycanın güzəştə getməyə yeri yoxdur, erməni silahlı birləşmələri torpaqlarımızdan çıxsınlar, ondan sonra güzəştlər haqqında danışaq:
“Məncə, Azərbaycan diplomatiyası belə mövqedən çıxış etməlidir ki, güzəştlər barədə söhbət Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılandan sonra başlanıla bilər”. /musavat.com/
Versus.Az

Xəbər lenti

BSU-da Xalq yazıçısı Anarla görüş keçirilib
BSU tərəfindən Anar haqqında hazırlanmış sənədli film nümayiş etdirilib
Növbədənkənar seçkiləri labüd edən məqamlar
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"
Milli Məclisin adı dəyişdiriləcəkmi?
"Mənim ixtiyarım öz əlimdə deyil"
Abşeron sakinləri ağacəkmə kampaniyasında fəal iştirak edirlər
650 min ağacın əkilməsi şairin doğulduğu şəhərdən başlanıb
"YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək"
"Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq"
Əhalinin təbii artımı azalır
Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb
"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"
“Həyəcan” düyməsi
ATƏT-in Minsk Qrupu ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib
"Mənim münaqişələri birdəfəlik həll etməklə bağlı sehrli formulum yoxdur"
İrəli
