“Diaspora Komitəsinin fəaliyyəti üçün nəzərdə tutulmuş vəsaitlər artırılsın”
Mahir Abbaszadə: “2024-cü ildə də əhalinin real gəlirlərinin qorunması ilə bağlı ciddi addımlar atılacaq”
“Məhz 2024-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə hazırlanması göstərir ki, biz 2024-cü ildə islahatların həyata keçirilməsini təmin edə biləcəyik. 2023-cü ildə ümumdaxili məhsulda təxminən 5 faiz artımın olmasına baxmayaraq, infilyasiyanın 5,3 fazi proqnozlaşdırılması göstərir ki, Azərbaycan hökuməti 2024-cü ildə də əhalinin real gəlirlərinin qorunması ilə bağlı ciddi addımlar atacaq. Dövlət büdcəsində sosial islahatların həyata keçirilməsi ilə bağlı 47 faiz xərclərin nəzərdə tutulması göstərir ki, 2024-cü ildə hər xərcləyəcəyimiz 100 manatın 47 manatı sosial islahatların həyata keçrilməsi üçün nəzərədə tutulub”.
Versus.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Büdcəsinin müzakirəsi zamanı deputat Mahir Abbaszadə deyib.
Deputat Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin bütün ərazilərimizdə təmin olunduğu bir ildə, həm də dövlət büdcəsinin qəbul olunmasını tarixi hadisə kimi dəyərləndirib. O, bildirib ki, istər II Qarabağ müharibəsinin qələbə ilə başa çatması, istər sərhəd-keçid məntəqəsinin qurulması, antiterror tədbirlərinin həyata keçirilməsi özlüyündə iqtisadi və maliyyə təminatı tələb edirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə indiyə qədər əldə etdiyimiz uğurlar bunu təmin edə bildi:
“Dünyada baş verən hərbi-siyasi hadisələrə, eyni zamanda infilyasiyanın sürətlə artmasına, nəqliyyat dəhlizlərinin dağıdılmasına, zəncirlərin qırılmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf etməkdədir. Azərbaycan dövlət büdcəsinin sosial təminatının yaxşılaşdırılması, sosial islahatların həyata keçirilməsi sadiqliyi bu ilin dövlət büdcəsində də özünü göstərməkdədir”.
Deputat əminliklə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın indiyə qədər apardığı sosial siyasət 2024-cü ildə də qorunacaq:
“Böyük Qayıdış proqramının həyata keçirilməsi bu ildə dövlət büdcəsinin əsas xərc maddələrindən biridir. İndiyə qədər dövlət böyük qayıdış proqramının həyata keçirilməsi ilə bağlı 11 milyarda qədər vəsait xərcləsə də, 4 milyard manat vəsaitin nəzərdə tutulması, uzun illər bu ərazilərdən köçkün düşmüş, möhtərəm prezidentin qeyd etdiyi kimi ağır-psixoloji vəiyyətdə yaşamış keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdaraq daimi yaşamaları ilə bağlı ümidlərini artırmaqda davam edir. Dövlət büdcəsinin tərtibatı zamanı ötən illərdə Hasablama Palatasının verdiyi rəylərin nəzərə alınması bir daha göstərir ki, qanunverici və icraedici orqan arasındakı düz münasibət sonunda büdcənin yüksək səviyyədə tərtib edilməsinə gətirib çıxarır”.
M.Abbaszadə iki məsələyə xüsusilə diqqət çəkib.
Birinci, dövlət payı olan müəssisələrdə dövlət büdcəsi olan transferlərin vəsaitlərinin artırılması ilə bağlıdır. Deputat builki dövlət büdcəsində dövlət payı olan açıq səhmdar cəmiyyətlərin publik hüquqi şəxslərdən yalnız ikisinin mənfəətlərinin və dvidentərinin dövlət payına olan hissəsinin dövlət büdcəsinə köçürüldüyünü deyib. Təklif edib ki, növbəti illərdə də dövlətin payı olan təşkilatlarda dvidentlərin köçürülməsi sisteminə yenidən baxılsın və bu vəsaitlərin dövlət büdcəsinə köçürülməsi təmin edilsin.
Deputat eyni zamanda dövlət büdcəsindən diaspora komitəsinin fəaliyyəti üçün nəzərdə tutulmuş vəsaitlərin artırılmasını təklif edib:
“Biz torpaqları tamamilə işğaldan azad edib, düşməni kapitulyasiyaya imza atmağa məcbur etmişik. Lakin siyasi, diplomatik mübarizəmiz bu gün də davam etməkdədir. Ölkə rəhbəri, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bizim qələbəmizi hələ də həzm edə bilməyən dövlətlər və beynəlxalq təşkilatlar var. Xaricdə bu təşkilatlarla mübarizə aparmaq üçün orada olan diaspora təşkilatlarının inkişaf etdirilməsi vacibdir. Dövlət büdcəsindən diaspora komitəsinin fəaliyyəti üçün nəzərdə tutulmuş vəsaitlərin artırılması bizim mübarizəmizin maliyyə təminatının gücləmdirilməsinə öz müsbət töhfəsini verə bilər”.
Tahirə Qafarlı
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"