“Solğun çiçəklər” Sumqayıtda

08:47 21-09-2019 | icon 456 | Mədəniyyət
“Solğun çiçəklər” Sumqayıtda

Sentyabrın 20-si Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış keçirildi. Teatr rəhbərliyinin gənclərə dəstəyi, ayrı ayrı məktəb və üslublara məxsus rejissorlarla yaradıcılıq mübadiləsi çərçivəsində kino və teatr rejissoru və prodüser Elşən Zeynallının quruluş verdiyi "Solğun çiçəklər" tamaşası maraqla qarşılandı.

 

Versus.Az xəbər verir ki, böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan əsər quruluşçu rejissorun kreativ yanaşmasında, müasir yozumunda yenə aktualdır.

 

Rolları əməkdar artistlər İzaməddin Bağırov, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov, Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmov ifa edirlər. Quruluşçu rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatçısı İradə Muradovadır.

 

İctimai baxışda Mədəniyyət Nazirliyinin məsul işçiləri Sevda Ağayeva və Könül Cəfərova, bədii şura üzvləri və şəhərin ziyalıları iştirak etdilər.

Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni tamaşa münasibətilə rejissoru və yaradıcı heyəti təbrik etdi, bundan sonra da istedadlı rejissorların teatra cəlb olunacağını bildirdi.

Digər çıxış edənlər yeni quruluşun bədii-estetik məziyyətlərindən danışdılar, traktovkanın maraq doğurduğunu dilə gətirdilər, eyni zamanda xırda qüsurları qeyd etdilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?