İntibah dövrünün rəsm əsəri tapılıb

10:20 04-02-2020 | icon 489 | Mədəniyyət
İntibah dövrünün rəsm əsəri tapılıb

İncəsənət tarixçiləri Paris yaxınlığında yaşayan yaşlı bir qadının mətbəxindən "İntibah dövrünün atası" adı verilən florensiyalı rəssam Çimabuenın rəsm əsərini tapdıqlarını bildirib.

 

Versus.Az xəbər verir ki, qədim rəsm sənətkarları üzrə mütəxəssis Erik Terkin 13-cü əsrə aid "Məsihin işgəncəsi" adlı taxta panelindəki temperanı 4-6 milyon avro dəyərində qiymətləndirib.

 

"Actéon" auksion evinin rəhbəri Dominik Le Koent-de Belye, qadının qocalar evinə yerləşdirildikdən sonra həmkarının əsərin orijinallığını müəyyən etmək üçün hakim tərəfindən dəvət edilidyini bildirib. Auksion evi Çimabuenin əsərlərinin nadirliyini nəzərə alaraq, qovaqdan olan paneldəki temperanın tapılmasını "Qərb sənət tarixinin əsas kəşfi" adlandırıb.

 

Əsər Çimabuenin Məsihin "işgəncəsini və çarmıxa çəkilməsini" təsvir edən və 1280-ci ildə yaranan səkkiz rəsmdən ibarət silsilənin bir parçasıdır.

 

Bu silsilənin əsərlərindən olan başqa iki rəsm - "Məryəm, körpə və İki mələk" Londondakı Milli Qalereyada və "Məsihin İncisi" Nyu-Yorkdakı "Frick Collection" adlanan şəxsi kolleksiyada yerləşdiriliblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?