“Liverpul” İngiltərədə iki rekordu təkrarlayıb

09:55 25-02-2020 | icon 345 | İdman
“Liverpul” İngiltərədə iki rekordu təkrarlayıb

İngiltərənin “Liverpul” klubu tarixi göstəriciyə imza atıb.

 

Versus.Az xəbər verir ki, Yurgen Kloppun yetirmələri XXVII turda “Vest Hem”ə 3:2 hesabı ilə qalib gələrək cari mövsümdəki qələbə seriyasını 18 oyuna çatdırıb.

 

Bununla da mersisaydlılar İngiltərənin ən güclü dörd liqası üçün rekord olan göstəricini təkrarlayıb. “Mançester Siti”nin 2017-ci ildəki 18 qələbədən ibarət seriyası artıq növbəti tur kölgədə də qala bilər. Bunun üçün “Uotford” üzərində növbəti turdakı qələbə kifayət edəcək.

 

“Liverpul” həm də çempionatda ardıcıl 21-ci ev oyununda qələbə qazanıb. Kloppun komandası ölkə çempionatları tarixinin bu rekordunu da təkrarlayıb. Mersisaydlıların özünə məxsus olan rekord 1972-ci ildə qeydə alınıb. Növbəti ev matçında “Bornmut”la görüşəcək lider artıq həmin görüşdə mütləq rekordçu da ola bilər.

 

Liverpulun eyniadlı təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında rekorda yaxınlaşıb. 44 maçdır uduzmayan komandanı “Arsenal”ın 2003-2004-cü illərdəki rekordundan 5 oyun ayırır.

 

Kloppun komandası 27 turdan sonra xal hesabını 79-a çatdırıb. 1989/90 mövsümündəki uğurdan sonra çempionluğa həsrət qalan “Liverpul” qızıl medalı təmin etmək üçün daha 4 qələbə qazanmalıdır. “Uotford” (səfərdə), “Bornmut” (evdə), “Everton” (səfərdə) və “Kristal Pelas” (evdə) üzərində qələbələr mersisaydlılara çempionluq gətirəcək. Lakin 22 xal geridə qalan “Mançester Siti”nin büdrəməsi ilə qızıl medalların sahibi daha tez müəyyənləşə də bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?