Almaz kimi təbii, Almaz xanım...

00:06 06-03-2020 | icon 922 | Mədəniyyət
Almaz kimi təbii, Almaz xanım...

Onunla harada, nə vaxt tanış olduğumu xatırlamasam da, elə bilirəm ki, gözümü açandan onu tanıyıram. Tərcümeyi-halından xəbərsiz olsam da, xasiyyətinə yaxşı bələdəm. İnadkar, mübariz, əzmlı xanımdır. Nəyisə əldə etmək istədisə, mütləq ona sahib çıxacaq. Xəyal qurmağı, romantik hisslərə qapılmağı xoşlayır. Sanki onun öz dünyası var. Orada hər nə varsa idealdır...

 

Demirəm, dünyanın ən gözəl qadınıdır, fəqət cazibə qüvvəsi güclüdür. Diqqət çəkməyi bacarır. Dili acı olsa da, ürəyi çox təmizdir. Heç vaxt heç kimə pislik arzulamaz. Hamıya sayğı ilə yanaşar və ətrafdakılardan diqqət görəndə uşaq kimi sevinər. Səmimiyyətinə şübhəniz olmasın, olduğu kimi görünür, göründüyü kimi də var...

 

Evinə, ailəsinə çox bağlıdır. Dünyanın harasına getsə də özünü evindəki kimi rahat hiss edə bilmir. Evdardır. Dadlı təamlar hazırlamaqdan ləzzət alır. İntuisiyası o qədər güclüdür ki, az qala sabah nə olacağını əvvəlcədən hiss edir. Ruhu incə, duyğuları zərifdir. Bəzən ipək kimi zərif, bəzən də polad kimi sərt olur. Elə ki, mübarizəyə qalxdı qarşısında tab gətirmək böyük mətanət tələb edir. Onu cilalamaq, ram etmək mümkün deyil, elə ona görə də almaz kimi təbii qalıb. Bəli, mən yazıçı Almaz Sahilədən danışıram. “Dərəbəylik” əsərinin müəllifi Almaz xanımdan...

 

Martın 6-da onun 60 yaşı tamam olur. 60 ildir ki, yol gedir. Yazıb-yaratmaq, yeni bir SÖZ demək arzusuyla ömür sürür. Sürdüyü ömrün sükanı heç zaman onu məyus etməyib. Arxasınca daim gözəl izlər buraxıb. Həmişə alnıaçıq, üzüağ olub...

 

Əziz bacım Almaz xanım, 60 yaş biz kişilər üçün zahiri təravətdən qopan yolun başlanğıcı olsa da, qadınlar üçün təravətin növbəti döngəsidir. Sizi təbrik edirəm, Sizə möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram. Əllərinizdən öpürəm, bacım! Yubileyin mübarək!

 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?