“Evdə oğluma güləş öyrədirəm”

12:39 14-04-2020 | icon 1781 | İdman
“Evdə oğluma güləş öyrədirəm”

“Evdə günümü daha çox “PlayStation” oynamaqla keçirirəm”.

 

Versus.Az xəbər verir ki, bunu sərbəst güləş üzrə olimpiya və dünya çempionatı mükafatçısı, üçqat Avropa çempionu Cəbrayıl Həsənov deyib.

 

30 yaşlı idmançı karantin dövründə gördüyü işlərdən danışıb:

“PlayStation”da daha çox futbolu və “Blur” (maşın yarışları) oynayıram. Yusif peyğəmbərin həyatından bəhs edən seriala baxıram. Əvvəl izləmişdim. Maraqlı olduğu üçün yenidən tamaşa edirəm.

Oğlumu məşq etdirirəm. Neçə vaxtdır mənə deyirdi ki, onu idmana aparım. İndi evdə imkan yaranıb, ona güləşməyi öyrədirəm”.

 

C.Həsənov karantin bitdikdən sonra idman həyatına qayıtmağın çətin olacağını da qeyd edib. Təcrübəli güləşçimiz bunu belə əsaslandırıb:

“Peşəkar idmançı üçün ev şəraitində məşq etmək çətindir. Bəlkə də indiyədək evdə bu qədər qalmamışdım. Əlbəttə, ailə ilə birlikdə olmaq yaxşıdır. Amma bundan sonra təlim-məşq toplanışları bizim üçün çətin olacaq. Çünki adam ailəyə öyrəşdi, toplanışlar darıxdırıcı gələ bilər”. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?