"Bu durum bəzi oyunçulara şans yaradacaq"

09:36 29-04-2020 | icon 715 | İdman
"Bu durum bəzi oyunçulara şans yaradacaq"

"Biz hər gün onlayn şəkildə məşq keçirik. Hazırkı şəraitdə futbolçunun fiziki durumunu yoxlamaq mümkün deyil. Bu, məşqlər başladığı zaman əzələlərin tonusda qalması və futbolçuların ağırlıq hiss etməməsi baxımından önəmlidir".

 

Versus.Az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Futbolçuların gündəlik məşqlərini izlədiklərini bildirən təcrübəli mütəxəssis Premyer Liqanın mayın 23-də start götürməsi ilə bağlı Peşəkar Futbol Liqasının (PFL) qərarına da münasibət bildirib. 49 yaşlı çalışdırıcı koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin uzadılmayacağı təqdirdə mayın 4-dən məşqlərə başlayacaqlarını söyləyib:

"Təxminən 3 həftə vaxtımız olacaq. Bu müddət futbolçuların fiziki durumunu normaya salmaq və oyuna hazırlamaq üçün kifayət edər. Həmin 3 həftə bizə kömək olacaq. İlk turlarda bütün komandalarda taktiki cəhətdən problemlər olacaq. Amma oyundan-oyuna hər kəsə daha yaxşı təsir bağışlayacaq".

 

Tərlan Əhmədov FİFA-nın matçlar zamanı əvəzləmə sayının 5-ə artırılması ilə bağlı təklifini də müsbət dəyərləndirib:

"Əslində yaxşı fikirdir. Belə qərar qəbul olarsa, normal qarşılayarıq. Bunu müsbət hal kimi dəyərləndirirəm. Bu durum bəzi oyunçulara da şans yaradacaq. Çünki daha çox oyun imkanı əldə edəcəklər ki, bu özlərini göstərmək baxımından şans olacaq". /apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?