Koronavirusun yeni simptomu – “Xoşbəxt hipoksiya”

08:46 06-05-2020 | icon 1391 | Sağlamlıq
Koronavirusun yeni simptomu – “Xoşbəxt hipoksiya”

Koronaviruslu xəstələr artdıqca onun yeni –yeni özəllikləri və davranışları üzə çıxır. Amerikalı həkimlər bu dəfə yeni simptom aşkarlayaraq, ona “Xoşbəxt hipoksiya” adı veriblər.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bu zaman xəstənin orqanizmində oksigen çatışmır, amma pasiyent özünü yaxşı hiss edir, danışır.
 
 
İlk dəfə bu simptoma Nyu-york tibb əməkdaşları diqqət yetirib. Hansı ki, sutkada 1000 xəstə qəbul edirlər.
 
 
Belə ki, bir çox xəstələr qəbul olanda həkimlər onların normal vəziyyətdə olduğunu görüb, ciddi hipoksiya keçirmədiklərini zənn ediblər. Çünki xəstələr danışır və boğulmurdu. Amma cihazlar taxılan kimi onlarda oksigen səviyyəsinin normadan 2 dəfə az olduğunu göstərmişdi.
 
 
Heç bir zahiri əlamət görülməsə də, bu xəstələrə təcili oksigen dəstəyi olmasa, vəziyyətləri ağırlaşıb, süni ventilyasiyasına düşə bilərlər.
 
 
Ona görə də xəstələrin rahat danışmasına arxayın olmaq olmaz, “xoşbəxt hipoksiya” aldadıcıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?