Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biri

08:55 06-05-2020 | icon 2661 | Sağlamlıq
Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biri

Nərminə Abbasova: “Qidalanmaya diqqət etməklə də podaqranın qarşısını almaq olar”

 

Podaqra keçmişdə yalnız yüksək təbəqəli insanlarda rast gəlindiyi üçün "Krallar xəstəliyi" adlanırdı. Həddən artıq qida və içki qəbulu bu xəstəliyi yaradır. Qidadan aldığımız purinlər uratlara çevrilrərək oynaqlara toplanır, kristallaşaraq oynaqlarda ağrılı artritə səbəb olur. Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biridir.

 

 

 

Bu xəstəliklə bağlı Versus.Az-ın oxucularını məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova xəstəliyin simptomlarından danışıb:

 

 

 

“Podaqra ağrılı, qızartılı, şişkin oynaqlar ilə xarakterizə olunur. Daha çox ayaq baş barmağında rast gəlinsə də, ayaq əl biləklərində, dirsəklərdə yarana bilər. Ani başlayan ağrılar saatlar, bəzən günlər çəkir. Nadir hallarda ağrı həftələrlə uzanır. Podaqrası olan insanlarda illərlə təkrar tutmalar ola bilər. Podaqra kişilərdə daha çox rast gəlinir. Qadınlarda menopauzadan sonra yarana bilir”.

 

 

 

Podaqrada risk faktorlarından bəhs edən N.Abbasova piylənmə, gənc yaşlarda artıq çəki, orta və ya həddan artıq alkoqol qəbulunu misal çəkib. Bildirib ki, bəzi dərman qəbulu və xəstəliklər də oynaqlarda urat toplanmasına səbəb olur:

 

“Podaqra müalicə edilmədikdə uratlar oynaqlara, bağlara və digər toxumalara zərər verir. Podaqra şikayətləri ilə həkimə müraciət etdikdə oynaqdan aspirasiya olunmuş mayedə uratlar araşdırılaraq diaqnoz qoyulur. Proses lokal anesteziya ilə həyata keçir. Eyni zamanda, uratların qandakı miqdarı da ölçülməlidir”.

 

 

 

Həkim-terapevt bildirdi ki, çoxlu su qəbul edərək podaqrada kəskin ağrılı atakların qarşısını almaq olar. Onun sözlərinə görə, bundan əlavə alkoqollu içki qəbulunu dayandırmaq lazımdır. Çünki alkoqol böyrəklərin funksiyasını pozaraq bədəndə uratların toplanmasına səbəb olur. O, əlavə etdi ki, bundan başqa qidalanmaya diqqət edərək podaqranın qarşısını almaq olar. Dəniz məhsulları və qaraciyər, beyin, böyrək kimi purin ilə zəngin qidalar riski artırır.

 

Nərminə xanım deyir ki, podaqranın müalicəsi zamanı ağrıkəsici preparatlardan istifadə edilir ki, bunlar da simptomatik müalicədir və problemi həll etmir.

 

 

 

DİQQƏT!

Əgər sizə də podaqra diaqnozu qoyulubsa, müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?