Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın

01:56 20-05-2020 | icon 830 | Sağlamlıq
Yod çatışmazlığı və qalxanvari vəzini evdə belə yoxlayın

Qalxanvari vəz hormonal sistemi, ürəkdən tutmuş sinirlərə kimi, xüsusən qadınlarda bir çox sağlamlıq sistemlərini idarə edir.

 
 
Qalxanvari vəzin xəstəliyi təkcə orda böyük şiş, zob (ur) əmələ gəlməsi deyil. Vəzin lazım olmasından az və ya heç fəaliyyət göstərməməsi kimi pozulması ola bilər. Yəni vacib hormonlar az hasil olur.
 
 
Belə zəifləmələr əsasən yod kimi vacib elementin çatışmamasından qaynaqlanır. Orqanizmə daxil olan yodun 70%-ni elə qalxanvari vəz tükədir. Ona yod çox vacibdir.
 
 
Orqanizmdə yod defisitini isə təəssüf ki, qan analizi ilə təyin etmək olmur və bu çox çətindir.
Demək olar ki, bu analiz təyin olunmur.
 
 
Amma fakt ortadadır ki, müasir insan, xüsusən şəhərdə yaşayanlar, eləcə də Azərbaycanda vərəndaşlar kəskin yod defisiti yaşayır.
 
Ona görə də yodlaşdırılmış duz istifadə olunması tövsiyyə edilir.
 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, məşhur rusiyalı həkim Boris Uvaydov evdə qalxanvari vəzin fəaliyyətini yoxlamaq və yod defisitini təyin etmək üçün sınanmış və etibar etdiyi metodu məsləhət görür.
 
 
Bunu hər kəs evdə etməlidir. Çünki bu zaman bir çox xəstəlik, halsızlıq, sinir, əsəb, çəki problemi, ürək xəstəliklərinin səbəbini tapa biləcəksiz.
 
 
Beləliklə, axşam saatlarında yod məhlulundan hər iki biləklərinizə qalın xaçvari çəkirsiz. Yod biləkdən kənara ovuca çıxmamalıdır.
 
 
Eləcə də düz qaraciyərin üstünə yod setkası çəkirsiz. Bogazda çökəyə və qalxanvari vəz olan yerə də yod nöqtələri qoyursuz. Sonra baxırsız, bu yod izləri neçə vaxta tamam sovrulub itir.
 
 
Bədəndə yod normada olanda, qalxanvari vəzdə problem olmayanda bu xətlər ən azı 14-18 saat qalmalıdır.
Əgər yod izləri səhərə yoxa çıxırsa, deməli, sizdə kəskin yod defisitidir və qalxanvari vəz xəstədir.
 
 
Əgər 10-12 saata yoxa çıxırsa, orta səviyyədə çatışmamazlıqdır.
 
 
Yod izləri tez sürətlə itənlər təcili endokrinoloqa gedib, hormonal analizlərdən keçməlidir və yod tərkibli tabletlər, BAD və əlavələr qəbul etməlidir.
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür