Şirkət rəhbərinə cinayət işi açıldı

13:18 02-06-2020 | icon 128 | Hadisə
Şirkət rəhbərinə cinayət işi açıldı

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

 

Versus.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.

 

Məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

 

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, “Fakt Araşdırıcı-N” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

 

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz  qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin  311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

 

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Xəbər lenti

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

"Bəhram Bağırzadə artıq oturur, aktiv hərəkətlərə cəhd edir"

Deputat Prezidentin müsahibəsində Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan YAZDI

“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

"Dövlət siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır"

Azərbaycanı güc mərkəzinə çevirən şərtlərin “Yol xəritəsi” - MÜSAHİBƏ

"Bu adamlar AXC-ni “sataraq” keçmişdilər Ramiz Mehdiyevin tərəfinə, indi isə"

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

44 yaşlı Şarliz Teronun rolunu gənc aktrisaya verdilər

Əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə - FOTO

Ronaldu Corcina Rodrigesin çimərlik geyimində paylaşdığı fotoya şərh yazdı - FOTO

“Qalatasaray” çempionluq şansını itirdi

Mütəxəssis saç tökülməsinin iki əsas səbəbini açıqladı

Meyvələrin içindən çıxan iynələr qorxu yaratdı - FOTO/VİDEO

Boyu iki metrdən çox olan qadın həddindən artıq uzun ayaqlarından danışdı - FOTO

21 ölü - ANBAAN VİDEO

Heç bir zərərli yeməkdən imtina etmədən 69 kiloqram arıqladı - FOTO/VİDEO

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı

Prezidentin iştirak etdiyi, dövlət layihələrində musiqi prodüseri

"Burdan baxanda, Azərbaycan teatrı görünmür"

Dövlət İmtahan Mərkəzi saxtakarlara ETİRAZ ETDİ

Bakı metrosu iyulun 20-dək İŞLƏMƏYƏCƏK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək

Qlobal savaşlar müstəvisində Azərbaycanın rolu – MÜSAHİBƏ

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı