Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı OĞURLANDI

15:22 02-06-2020 | icon 586 | Mədəniyyət
Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı OĞURLANDI

Bu günlərdə Rəşid Behbudovun repertuarından Tofiq Quliyevin Rəsul Rzanın sözlərinə bəstələdiyi məşhur "Sənə də qalmaz" mahnısı alman musiqisi kimi təqdim olunub.



Mahnını sosial şəbəkədə paylaşan alban müğənnisi qeyd edib ki, guya onun müəllifi Edison Miso adlı alban bəstəkarıdır.


Rəşid Behbudovun qızı Rəşidə Rəşid isə cavabında qeyd edib ki, ermənilərlə yanaşı, digər millətin nümayəndələri də ya bilərəkdən ya da bilmədən bizim musiqimizi öz adlarına çıxırlar.


Bu gün bəlli olub ki, dahi Rəşid Behbudovun repertuarından daha bir musiqini "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars mənşəli Fereydoun Asraei adlı müğənni fars mahnısı kimi təqdim edib.



Versus.az-ın məlumatına görə, Rəşid Behbudovun qızı olaya yenə sərt reaksiya göstərib.

 

O bildirib ki, Azərbaycan musiqisinə kütləvi hücumlar ardıcıl olaraq davam edir. Rəşidə Rəşid ictimaiyyətə və dövlət qurumlarına səslənib:

“Növbəti oğurluq qonşu İrandan gəldi. Fereydoun Asraei adlı müğənni "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısını fars dilində ifa edərək, "Dooset daram" adı ilə əsəri fars mahnısı kimi təqdim edib. Eyni zamanda, kurd dilində subtitrlərlə bu mahnını YouTube kanalında yerləşdirib. Maraqlıdır ki, İran mənşəli bir çox kanallar bu mahnını fars mahnısı kimi sosial şəbəkələrdə geniş şəkildə paylaşaraq özününküləşdiriblər. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur! İctimaiyyəti bu haqqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq!”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?