“Beşiktaş” yığmamızın futbolçusunu istəyir

10:05 08-06-2020 | icon 647 | İdman
“Beşiktaş” yığmamızın futbolçusunu istəyir

“Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

 

Versus.Az xəbər verir ki, qonşu ölkənin iki Super Liqa təmsilçisi gənc futbolçunun xidmətində maraqlıdır.

 

Bunlar “Beşiktaş” və “Kasımpaşa”dır. Növbəti mövsümün heyətini indidən formalaşdırmağa çalışan “Beşiktaş”ın baş məşqçisi Sərgən Yalçın, xüsusən də, ölkədən kənarda yetişən türkiyəli futbolçularla gələcəyin heyətini qurmağı planlaşdırır. “Feyenoord”da çıxış edən Orkun Kökçüdən əlini üzən İstanbul nəhəngi onun Azərbaycan millisindəki qardaşı Ozan Cana göz dikib.

 

“Kasımpaşa”nın da diqqət mərkəzində olan 22 yaşlı hücumameyilli oyunçunun “Beşiktaş”a keçmək ehtimalı daha yüksək dəyərləndirilir. Yeganə problem Ozanın “Sabah”la müqavilə müddətinin gələn ilin yayına qədər olmasıdır. Türkiyə klubu tezliklə “Sabah” rəhbərliyi ilə təmasa keçəcək və bu məsələni yoluna qoymağa çalışacaq.

 

Qeyd edək ki, Ozan Can Kökçü “Sabah”a ötən ilin yayında “Giresunspor”dan keçib. /Apasport.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?