“Azərbaycanı haqlı tərəf olaraq qəbul etməlidirlər”
Cavanşir Paşazadə: “Lobbiçilik, diaspor fəaliyyətinə vəsaitin ayrılmasına xəsislik edilməməlidir”
Regionda geostrateji mənzərəni dəyişdirən çox mühüm proseslər baş verir. Azərbaycan həm coğrafi, həm də geosiyasi, geoiqtisadi baxımdan hadisələrin mərkəzindədir və yeni reallıqların əsas imzası olaraq çıxış edir. Belə bir şəraitdə heç şübhəsiz ki, region üzrə özünün “rəhbərliyini” əldən vermək istəməyən güclər 30 il əvvəl başladıqları imperialist siyasəti bu gün də davam etmək üçün əllərindəki “erməni maşası” ilə “ocağı qarışdırmaq” cəhdlərindən əl çəkmirlər. Belə bir şəraitdə Azərbaycanın atdığı və atacağı addımlar daim diqqətlə izlənir.
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə maraqlı məqamlara diqqət çəkib.
- Cavanşir müəllim, bu gün regionda və dünyada baş verən proseslərə nəzər salsaq, Azərbaycanın yeni tarixdə hansı mühüm bir mərhələni adladığını və hədəflərinə çatması üçün hansı “yol xəritəsi” ilə hərəkət etdiyini söyləmək olar?
- Bu gün 20 illik fəaliyyətini qeyd etdiyimiz Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı doğru, qətiyyətli siyasət məntiqi nəticəsini verir. Bəli, illərlə gözlənilən nəticə ordunun hərbi biliyi, gücünün artırılması, eləcə də ictimai, siyasi platformaların vahid mərkəzdə birləşərək Dəmir Yumruq kimi möhkəmləndirilməsi hesabına baş verdi. Biz Ali Baş Komandanın rəhbərliyi, xalqın birliyi ilə 44 günlük müharibədə topraqlarımızın böyük bir hissəsini işğaldan azad etdik. O dönəmdə cənab Prezident bütün dünyanın aparıcı media qurumlarını, jurnalistlərini ölkəmizə dəvət etdi, hər birinə ayrı-ayrılıqda müsahibələr verib Azərbaycan həqiqlətlərini, məqsədlərimizi, istəklərimizi dünyaya çatdırdı. Prezident hər zaman qətiyyətlə bəyan edirdi ki, Azərbaycan işğala məruz qoyulan tərəf olsa da, daim sülh danışıqlarına hazırdır. Lakin göründüyü kimi Ermənistan uzun zaman aparılan danışıqlar zamanı ərazi iddialarından əl çəkmədi, sülh müqaviləsini imzalamaqdan yayındı, dəfələrlə təxribatlara əl atdı. Azərbaycan bütün təxribatların cavabını layiqincə verdi və son antiterror tədbirindən sonra Xankəndidə özlərinə sığınacaq tapan erməni separatçı rejimin rəhbərlərinin həbsi, rejimin özünü buraxması, ağ bayraq qaldırmalarına qədər əməliyyatları davam etdirdi. 24 saatlıq tədbir Azərbaycan dövlətinin, siyasətinin hədəflərini reallaşdırdı. Bu gün bizim torpaqlar azaddır. Orada yaşayan mülki ermənilər üçün yaradılan münbit şəraitə, gələcək üçün verilən təkliflərə baxmayaraq ərazini tərk edirlər. Azərbaycan onların bu seçiminə də hörmətlə, humanistliklə yanaşır. Bu insanlar öz istəklərinə uyğun olaraq rahat şəkildə sərhəd keçid məntəqəsini keçib gedirlər. Azərbaycanın tibbi personalı orada öz fəaliyyətini davam edir, ermənilərə səyyar tibbi yardım xidməti göstərir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan jurnalistləri belə bir ərəfədə çıxıb gedən mülki ermənilərdən mühüm müsahibələr hazırladılar. Köçən ermənilər çox rahat şəkildə, əşyalarını götürərək öz istəkləri ilə getdiklərini deyirdilər. Bu köç prosesi separatçı rejimin müharibə vaxtı Gəncəyə, Bərdəyə qadağan olunmuş raketlər atarak mülki əhalini qətlə yetirdikləri ərəfədə baş verirdi. Azərbaycana qarşı cinayətlər törədən separatçı rejimin rəhbərlərinin həbsi də bu zaman gerçəkləşdi. Ola bilər ki, bu cinayətkarların həbsi, xalqımıza hələ tam aydın olmayıb, amma bu, böyük əhəmiyyəti olan hadisədir. Bu böyük günü yaşadıqsa. Allahımıza şükr edirik.
- Azərbaycanın ədalətli mövqeyinə, özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi yönündə apardığı savaşa Avropanın, Qərbin münasibəti nədir?
- Qərbin, Avropanın Qarabağ məsələsində bizə qarşı mövqeyini hələ 30 il müddətində yaxşı görmüşük. BMT-də qəbul olunan 4 qətnamənin heçə sayılması, 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, Azərbaycana qarşı soyqırım törədən Ermənistana heç bir sanksiyanın tətbiq edilməməsi, işğalçıya “dur” deyilməməsi və sərgilənən qərəz, bu gün də Makronun, Fransanı müdafiə edən bəzi Avropa dövlətlərinin timsalında davam edir. Azərbaycan haqlı ola-ola, onu haqsız çıxarmağa çalışırlar. Bundan sonra da belə basqıların olacağını gözləyirik. Amma Azərbaycan Prezidenti bu basqıların da öhtəsindən qətiyyətlə gələcək. Qardaş Türkiyə ilə apardığımız siyasət, türk dövlətləri bölgədə olan sabitliyin, Türk Birliyinin inkişafına gətirib çıxardacaq.
Təbii ki, oktyabrın 5-də Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verən dövlətlərin heç birini tanımaq istəmirəm. Onların mövqeləri əvvəldən bizə bəlli idi və bu gün də öz niyyətlərinə davam edirlər. Onlar Azərbaycana qaşı sanksiyalar tətbiq etməyə çalışır. Amma yaxşı bilirlər ki, biz öz torpağımızda separatizmə qarşı savaşmışıq, öz torpaqlarımızı işğaldan azad eləmişik. Biz şəhidi öz torpağımızda vermişik. Bütün bunları yaxşı bilən imperialist siyasətçilərin bundan sonra da bu cür münasibət sərgiləməsinə hazır olmalıyıq. Hamılıqla - xalq, cəmiyyət olaraq...
- Cəmiyyət, ictimai-siyasi qurumlar olaraq bu hazırlığın aparılmasını necə düşünürsüz. İctimai birliklər bu istiqamətdə özünü necə göstərə bilir?
- Dünyada mövcud olan erməni lobbiçiliyi, erməni diasporası uzun zamandan bəri yaranıb və inkişaf edib. Biz xaricdə yaşayan ermənilərin Azərbaycanla bağlı yalanları necə məharətlə dünyada tirajladığını, ən sadə məsələləri necə siyasiləşdirdiklərini yaxşı müşahidə elədik. Ermənilər Azərbaycanla bağlı yalanları, türkə olan nifrəti öz məktəblisinin, uşağının, gəncinin beyninə həqiqət kimi yeridir, bütün sahələrdə milləti Azərbaycanın, türkçülüyün üstünə qaldıran işlər aparırlar. Erməni daşnaqları, millətçiləri bunun üçün böyük maliyə vəsaitləri xərcləyirlər. Xarici dövlətlərdən aldıqları qrantları, lobbilərin ayırdığı pulları bu yöndə təbliğata sərf edirlər. Qəzetləri, televiziyaları, kitabları yalan uydurmalar yazır, saxta tarix yaradır, sonra da onu təbliğ edirlər. Düşünürəm ki, bu davam edəcək. Ona görə də Azərbaycan ictimaiyyəti hər bir qurum, təşkilat, vətəndaşlarımız cəmiyyətimizin üzləşdiyi bu prosesləri, yaşadıqlarını “tərəziyə qoymalı”, öz fəaliyyətini həqiqətlərin ortaya çıxmasına yönəltməlidir. İnsanlarımız 1 milyon qaçqın, köçkünün hansı həyatı yaşadığını, torpaqların necə işğal olunduğunu, hansı beynəlxalq təsirlərlə üzləşdiyimizi unutmamalıdır. Həyat bizim insanlara haqqı göstərdi.
Biz azərbaycanlıyıq, humanist xalqıq. Ermənstanın azərbaycanlılara qarşı törətdiykləri bütün vəhşiliklərə baxmayaraq, yenə də onlara ərzaq yardımları, tibbi yardımlar göstərdik, onlar kimi öldürmədik. Amma cəmiyyət, ictimaiyyət olaraq erməni məkrini unutmamalıyıq. Azərbaycan həqiqətləri hər an durmadan intensiv şəkildə yazılmalı, dünyaya təqdim olunmalıdır. Xaricdə olan Azərbaycan gənclərinin potensialından istifadə edilərək Azərbaycan lobbişiliyi, diasporası yaranmalıdır, təşkilatlar arasında əlaqəli şəkildə işlər görülməlidir. Onlar bizim xaricdə özümüzdən olan düşmənlərə təsir göstərməlidirlər. Daxildə siysətimiz dəyişməli, ictimaiyyət Prezidentin ətrafında daha da birləşməlidir. Bis siyasi müharibədən üzüağ çıxmalıyıq. Ermənistan, erməni lobbiləri, terrorçuları bu gün yenə deyirlər ki, “müharibə edib, torpaqları alacaqlar”. Təbii ki, Azərbaycan bir daha buna imkan verməyəcək. Amma biz ideoloji, hərbi, siyasi olaraq hazır olmalıyıq. Daim dünya ictimaiyyəti ilə işləməliyik. Azərbaycanı haqlı tərəf olaraq qəbul etməlidirlər.
- Siz də qeyd etdiniz ki, Azərbaycanı, türkü düşmən kimi təbliğ etmək üçün erməni lobbisi, diasporası çox maliyə vəsaiti ayrır, kitablar, nəşrlər vasitəsi ilə yalançı tarix yazır, təbliğatını qururlar. Bəs biz ermənilərin yalanlara qarşı hansı imkanlarımızla çıxa bilirik?
- Ermənilər bu sahədə bizdən güclüdür. Bizim mentalitetimizdə düşmənçilik aparmaq, kiminsə ərazisinə göz dikmək, gücümüzü bu sahəyə yönəltmək niyyətimiz yoxdur. Biz 50 il qabaq bu barədə heç düşünməmişik. Bizim insanlar xarici ölkələrə gedib orada yaşamayıblar. Ailəcanlı, torpağa bağlı olublar. Ermənilər isə daim dünyaya səpələniblər, orada çoxalıblar. Məsələn, hər hansı bir ölkədə erməniləri daha çox görüb tanıyıblar. Hətta 69-cu ilə qədər Rusiyada belə “Azərbaycan”- deyəndə tanımırdılar. 70-ci illərdə ulu öndərin rəhbərliyi ilə Azərbaycanı tanımağa başlamışdılar. Bu həqiqətən belə idi. Amma ermənini tanıyırdılar. Azərbaycanlıara hər cür ad qoyurdular - gürcü, tatar, çıqan... Çünki erməni onlarla yaşayırdı, qız verirdilər, qız alırdılar. Amma bizdə başqa millətdən evlnməyə qəbahət kimi baxırdılar. Onları bir millət kimi tanıyırdır. Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycan inkişaf elədi, lobbiçiliyimiz başladı, ulu öndər Azərbaycan tələbələrini Rusiyaya, digər xarici ökələrə oxumağa göndərdi. Azərbaycan adı yavaş-yavaş tanındı. Yəni ictimai birliklərin bu sahədə ciddi işlər görə bilməməsi bizdən asılı deyil. Bizim mentalitetimiz, sovet dövrünün siyasəti bizə buna imkan verməyib.
Lakin artıq ictimai birliklərimizin, diasporalarımızın, lobbiçilərimizin xaricdə iş görməsinə səy göstərilməlidir. Gənclərlə iş aparılmalıdır. Səfirliklərdə lobbiçilik üçün şərait yaradılmalıdır. Lobbiçilik, diaspor fəaliyyətinə ciddi vəsaitin ayrılmasına xəsislik edilməməlidir. Dünyanın harasında olursa olsun, azərbaycanlı, türkdürsə onları tapmaq və olduğu yerlərdə inkişaf etməsinə, orada mühüm yerlərə qədər getməsinə imkan yaratmaq lazımdır, kömək etmək lazımdır. Bu gün Almaniyada yaşayan türklərlə, azərbaycanlılar birləşib ciddi diaspora işi, lobbiçilik fəaliyyəti göstərməlidir. Azərbaycan Türkiyənin “iki millət bir dövlət” siyasəti xaricdə də təşəkkül tapmalıdır. Avropada 3-4 milyon türkün birləşməsi böyük işlər orataya qoya bilər.
- Xaricdə “birləşə bilmirik”- deyə, tez-tez fikirlər səslənir. Niyə?
- Biz özümüzə tənqidlə yanaşıb, qınamağı da bacarmalıyıq. Biz xütpəsənlikdən qurtulmalıyıq. Xaricdə, bir-birimizə deyil, başqalarına “əzələ” göstərməliyik. Biz bir-birimizin ayağından basmaq yox, qolundan tutub qaldırmalıyq. Bu olacqqsa, özümüzü, haqqımızı tanıda biləcəyik. Bizim azərbaycanlılar xaricdə əksər hallarda bir-birinə nəvaziş, dəstək göstərmək əvəzinə “əzələ” göstərirlər. Bizim daxili yumşaqlığımız hələ özümüzə qarşı milli olaraq formalaşmayıb. Amma ermənilər xaricdə öz yalanları ətrafında biləşirlər. Deyirlər “adəm erməni olub”. Ona “Adamyan” deyirlər. Deyirlər ki, okeanlar da ermənidir. Hər şey ermənidən yaranıb. Biz ideoloji gücü özümüzdə formalaşdırmalıyıq. Harda olursaq olaq Azərbaycan adına çıxış etməliyik, birləşməliyik. Bunun geriyə yolu yoxdur.
- Bəz informasiya mühiti olaraq xaricdə nə dərəcədə yayınlana, özümüzü nə dərəcədə doğru təqdim edə bilirik?
- Məsələn, bizim proqramlar xarici ölkə televiziyalarında yayımlanır. Konsertlərimiz, şou verlişləri, ailə münasibətləri və sair bu cür verilişlər gedir. Ancaq siyasi, tarixi, elmi müstəvidə verlişlər yoxdur. Amma ermənilərin belə verilişləri var. Bu çox önəmli məqamdır...
- Avropanın, Qərbin islamafob, türkə qərəzindən danışırıq. Gəlin görək, dini müstəvidə özümüzü necə təqdim edə bilirik? Dinin “molla”dan ibarət olması təbliğatından kənara çıxa bilməməyimizin səbəbi nədir?
- Cənab Prezident 2016-cı ili “Multikulturalizm ili” elan etdi və Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yarandı. O dövrdə dünyada “Bahar” çevrilişləri başlayırdı. Çox qorxulu bir dönəmdə belə bir mərkəzin yaradılması böyük bir məsələ idi. Müsəlman ölkələrinin birləşməsi, siyasi tərəfdən institutun genişlənməsnə şərait yaratdı. Mərkəz bu gün çox böyük işlər görür. Tək islam dini ilə yox, digər dinlərlə bağlı - katolik, xristian, yəhudi sektaları ilə bərabər işləyir. O cümlədən, Qafqaz Müsəlmanları Ruhani İdarəsi, Şeyxül islam həzrətəri ildə bir neçə dəfə Avropa ölklərində tədbilər keçirdib. O tədbirlərdə dünyanın ən zəngin dini rəhbərləri iştirak ediblər. Orada dünyada gedən proseslər, dünyada sülhün yaranması və dövlətlər arasında gedən münasibətlərə toxunulub. Orada Qarabağ məsələsi qoyulur və həqiqətlər çatdırılıb.
İSESKO-nun rəhbəri bir neçə gün əvvəl Azərbaycanda oldu. İSESKO-nun rəhbərinin bu gün Azərbaycanda olması və həqiqətləri görməsi, dinlər arasında olan məsələləri müzakirə etməsi əhəmiyyətlidir. Etiqadından asılı olmayaraq bizim dindarlarımız üçün yaradılan şərait, başqa dinlər üzrə qurulan münasibətlər genişdir. Amma əfsuslar olsun ki, bəzən daxildə dinimizə qiymət “molla” sözü ilə verilir.
- Sizcə, nəyə görə bu gün dinimiz “molla” obrazında görülür, səbəb nədir?
- İslam hər şeyin ən gözəlini bizə təklif edirsə, svilizasiyanı qoruyan dinimiz varsa, problem buna çox məhdud çərçivədə baxılmadadır.
Digər bir tərəfdən, dünyada islamafobiya Azərbaycana görə deyil. Bu bütün dünya müsəlmanlarına qarşıdır. Çünki Avropanın əksəriyyəti artıq müsəlmandır. İngitərədə artıq 30 faiz müsəlman var və 50 ildən sonra müsəlman ölkəsi kimi görünəcək. Avropanın 25 faizi müsəlmandır. 45 ildən sonra Avropa müsəlman bir qitə olacaq. Bu və ya digər məsələlər dünyaya böyük təbil çalır.
Biz dünyada islamafobiyadan danışırıq, amma daxilimizdə bizim beynimizi məhv edən amilləri görə bilmirik. Çünki bizdə dini informasiya təbliğatı zəifdir. Televiziyalarda dini elmi verilişlər azdır. İslam daha çox yayıldıqca, Avropanın islama islamafob yanaşması da artacaq. Nicat yolumuz, daxilimizdə buna şərait yaratmamaqdadır. Biz insanları başa almalıyıq ki, din nədir, islam nədir. Məsələn, Rusiyanın din kanalı var. Bir xristian dindar soyuqda siya salınıb vəftis edilirsə, bir qadın soyunub suya girirsə, buna heç kim heç nə demir, o sivil sayılır. Amma bizim qapalı olmağımız sivil sayılmır. Biz özümüzüü bəyənmirik. Dinimizi düzgün təbliğ etmək lazımdır. Bizdə belə bir fikir yaranıb ki, svilizasiyanın qarşısını alan dindir. Ən böyük yanlış budur.
- Son vaxtlar əksəriyyət din adı altında cəsus şəbəkəsinin aşkar olunması üzərində fokslaşdı. Belə şəbəkələr din üçün nə dərəcədə təhlükədir?
- Unutmamalıyıq ki, onu yaradan da islamafobiyadır. Bunu yaradır ki, islamı gözdən salsın. Foksu düzgün seçməliyik. Onun qarşısına öz doğru arqumentlərimizi, doğru addımlarımızı çıxarmalıyıq ki, təsirləri az olsun.
- Azərbaycanda illərdir separatçı rejimin çətirində yaşayanlar sanki öz sərsəm iddiasından əl çəkib, ərazimzi tərk etsələr də, Avropa, Qərb ....əl çəkmir. Sonrakı perspektivi neçə görürsüz?
- Tarixən “Daşnaqsütun partiyası”, erməni lobbiləri, Ermənistan daxilindəki siyasi çəkişmələrində Qarabağda yaşayan etnik ermənilərdən alət kimi istifadə ediblər. Çox yaxşı bilirlər ki, hətta işğal dövründə belə Azərbaycanda 30 minə yaxın erməni yaşayıb, onların dini, mədəni tələbləri daim qorunub və Azərbaycanda yaşayan xalqlara qarşı münsibət necədirsə, o ermənilərə də eyni tolerant yanaşma sərgilənib. Bu günə qədər də Qarabağdan kənarda, digər ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımıza “gözün üstə qaşın var” deyən yoxdur. Düşünürəm ki, Qarabağda olan ermənilər də bundan nümumnə götürüb yaşayacaqlar. Qərb də, Avropa da bu gerçəkliyi anlayacaq. Amma son Avropa Parlamentinin verdiyi qətnamədən görünür ki, elə bölgədə gərginliyin saxlanlmasında maraqlı olan da həmin Qərb, Avropa, Fransa dövətidir. Ermənilərin Qarabağdan köçüb getmələrindən başqa bir olay yaratmağa çalışır, müxtəlif iddialarla ölkəmizə qarşı təsir göstərməyə çəhdlər edirlər. Görünür ki, regionda maraqlı olan qüvvələr erməniərin köçməsindən istifadə edərək dünyanı Azərbaycana qarşı qışqırtmağa, növbəti təxribatlara əl atmağa və bunu gələcəkdə “etnik təmizləmə” kimi qələmə verməyə hesablayıblar. Lakin gedən üçün yol açıqdır. Cənab Prezident mülki, heç bir cinayətdə əli olmayan ermənilərin ərazilərimizdə yaşaması üçün digər xalqlara olduğu kimi onlara da bütün imkanların yaradılacağını dəfələrlər söyləyib, təkliflər verib. Böyük logistik imkanların yaradılması, dəmir yollarının, Zəngəzur yolunun açılması, təkcə Azərbaycan, Türkiyə üçün deyil, Ermənistanın özü üçün də böyük uğurlu məsələdir. Əgər bundan yan keçəcəklərsə özləri bilərlər. Azərbacanın kimsənin torpaqlaınada gözü yoxdur.
Azərbaycan özünün siyasətini özü qurur, Zəngəzur yolu açılsa, Türk dövlətləri birləşsə bunun özü bu coğrafiyada Avropa bazarından böyük bir bazar yaradacaq. Burda böyük iqtisadi gücün əldə edilməsindən söz gedir. Avropadakı, Qərbdəki bəzi dairələr o gücü əldən vermək istəmir. Lakin Azərbaycan və tərəfdaş dövlətləri asılı olamamaq üçün əllərindən gələni edir və edəcəklər.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"