Azərbaycanın ilk qadın Xalq şairi: Mirvarid Dilbazi - VİDEO

13:39 19-08-2020 | icon 1130 | Mədəniyyət
Azərbaycanın ilk qadın Xalq şairi: Mirvarid Dilbazi - VİDEO

Bu gün Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

 

Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazaxda anadan olub. 

 

Xalq şairinin “Qadınların hüriyyəti” adlı ilk şeiri 1927-ci ildə “Oktyabr alovları” məcmuəsində dərc edilib.

 

İkinci Dünya Müharibəsi illərində əksər sənətkarlarımız kimi, M.Dilbazi də öz yaradıcılığında vətəni müdafiə mövzusuna əsas yer tutub. 

 

O, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə” poemalarının müəllifidir.

 

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairin sözlərinə mahnı, romans və oratoriya bəstələyiblər.

 

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

 

İTV telekanalı şairin həyat və yaradıcılığına videoçarx həsr edib:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?