Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

13:29 28-08-2020 | icon 1743 | İdman
Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

 

Versus.Az qol.az-a istinadən xəbər verir ki, keçirilən 43 oyun siyahıda dəyişikliklərə səbəb olub.

 

"Neftçi"nin Bakıda Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib. Çünki digər təmsilçilərimiz "Sumqayıt" və "Keşlə" ilk oyunundaca uduzaraq mübarizəni dayandırıb. Hərçənd ki, bu klublarımızın oyunları da ölkəmizin aktivinə xal qazandırıb. "Sumqayıt"ın doğma meydanda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 0:2 uduzması 0,125, "Keşlə"nin Albaniya "Laçi"si ilə 90 dəqiqə ərzində qolsuz bərabərə qalması isə Azərbaycanın reytinqinə 0,250 xal gətirib.

 

Son 5 mövsümün nəticələrinə əsasən reytinqimiz 15,875-ə yüksəlib. Ancaq bir gün əvvəl Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarından sonra "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı keçib 25-ci sıraya qalxan Azərbaycan yenidən əvvəlki mövqeyinə qayıdıb. 2 qələbə və 1 heç-heçə edən rumıniyalılar 0,875 xalla ümumi reytinqini 15,950-yə çatdırıb və 25-ci yerə yüksəlib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?