Göygöldə unudulan tarixi abidə nəzarətə götürüləcək - FOTO

10:47 24-09-2020 | icon 567 | Mədəniyyət
Göygöldə unudulan tarixi abidə nəzarətə götürüləcək - FOTO

Daha əvvəl Göygöl rayonu, Çaykənd kəndində yerləşən Alban kilsəsinin baxımsız vəziyyətdə olması ilə bağlı məlumat vermişdik. Sözügedən abidənin daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət ünvanlanacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Göygöl rayonunun Çaykənd kəndində yerləşən məbədlər dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb.

 

Bu məqsədlə məbədin müvafiq siyahıya əlavə edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə qismində nəzərdən keçirilir. 

 

Məbəddə monitorinq aparılaraq müvafiq məlumatlar toplanılıb, qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi sənədlər hazırlanıb. Dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün müvafiq dövlət orqanlarına müraciət olunacaq. Məbəd bərpa-konservasiya olunması üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulan layihələrin siyahısına əlavə olunub.

 

Qeyd edək ki, bu tipli kiçik kilsələrdən qala, qalaça, körpü, məbəd və abidələrdən rayonun bir neçə yerində mövcud olduğu deyilir. Məbəddən təxminən 10 metr aralıda isə girişi demək olar ki, dağıntılar altında qalan kiçik mağara var. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?