Həbib qalib gəldi və karyerasını bitirdi - VİDEO

10:34 25-10-2020 | icon 660 | İdman
Həbib qalib gəldi və karyerasını bitirdi - VİDEO

Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov növbəti dəfə məğlubedilməz döyüşçü obrazını qoruyub saxlayıb.

 

O, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən UFC-254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qeyciyə qalib gələrək çempionluq kəmərini yenidən ələ keçirib.

 

Nurməhəmmədov ikinci raundda amerikalı rəqibini boğucu fəndlə təslim olmağa məcbur edib.

 

O, daha sonra çıxış edərək anasına söz verdiyini, bu döyüşün onun üçün sonuncu olduğunu açıqlayıb. 32 yaşlı dağıstanlı idmançı UFC tarixində məğlubedilməz qalmaq istədiyini bildirib.

 

 

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar MMA karyerasına 2008-ci ildə azərbaycanlı Vüsal Bayramovu məğlub etməklə başlayıb. O, keçirdiyi 29 döyüşdə məğlubiyyət almayan yeganə MMA idmançısıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Yeni müharibə ocağının alovlanmasının qarşısı alınmasa…

"Formula-2" yarışına start verildi

Yeni tələbələrin NƏZƏRİNƏ

Azərbaycanın bəzi ərazilərinə QAR YAĞIB

SOCAR-ın yaranma günüdür

Türkiyədə nəhəng çuxur aşkarlandı

VI tura bir oyunla start veriləcək

Millilərimiz III turun görüşlərini keçirəcək

"Toyota Prius" Ginnesin Rekordlar Kitabında

“Ölkəmizin imicinə xələl gətirmək cəhdləri məkirli niyyətdən xəbər verir”

“Düşünürlər ki, COP29 ərəfəsində təzyiq etsələr Azərbaycan güzəştə gedə bilər”

Futbolla bağlı yeni STRATEGİYA

“İnkişaf etmiş Azərbaycan bir çoxlarını narahat edir”

KXDR sirləri açır

Sumqayıtda məktəbi bit-birə basıb?