Tatarıstanlı qanuni oğru “Lotu Quli” barədə danışıb

15:12 26-03-2021 | icon 642 | Hadisə
Tatarıstanlı qanuni oğru “Lotu Quli” barədə danışıb

Dünən Kazanda saxlanılan Tatarıstanın baş qanuni oğrusu Sergey Neyderov polisə ifadəsində “Lotu Quli” kimi tanınan Nadir Səlifov barədə danışıb.

 

“EADaily” portalının məlumatına görə, Neyderov azərbaycanlı avtoritetin Tatarıstandakı fəaliyyətini Türkiyədən idarə etdiyini bildirib.

 

Onun sözlərinə görə, yerli biznesin himayə olunması zəminində Tatarıstanda yerli cinayətkar qruplaşma ilə Nadir Səlifovun rəhbərlik etdiyi azərbaycanlılardan ibarət mütəşəkkil dəstə arasında uzun illər mübarizə gedib.

 

N.Səlifov Kazanda  daşınmaz əmlakın tikintisi ilə məşğul olmaq qərarında gəlib və Sergey adlı yerli iş adamına fəaliyyətə başlamaq üçün bir neçə milyon rubl verib. Lakin podratçı şirkət onu aldadaraq pulları mənimsəyib və bundan sonra Sergey Nadirə borclu qalıb. Azərbaycanlılar ondan pulu qaytarmağı tələb etdikdə, o, aldadıldığını bildirib, lakin bunun xeyri olmayıb.

 

Belə vəziyyətdə iş adamı yerli avtoritet Ruslan Xusainova sığınıb. Sonuncu isə Nadirlə danışmaq üçün İstanbula yola düşüb. Amma elə bu zaman “Quli” qətlə yetirilib və danışıqlar onun qardaşı, qanuni oğru Namiq Səlifovla aparılıb. Uğursuz söhbətdən sonra Xusainov Tatarıstanın baş qanuni oğrusu Neyderovun yanına gəlib və ondan məsləhət alıb. O da öz növbəsində həmyerlisini dəstəkləyib.

 

Beləliklə, azərbaycanlılar və yerli qanuni oğrular arasında Kazandakı “Sultanat” restoranı önündə münasibətlərin aydınlaşdırılmasından sonra məsələ Tatarıstan DİN-in diqqət mərkəzinə düşüb və Neyderov həbs olunub. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər