Kilsəni siyasətə qarışdıran SƏBƏBLƏR

09:18 16-05-2024 | icon 248 | Siyasət
Kilsəni siyasətə qarışdıran SƏBƏBLƏR

Aydın Mirzəzadə: “Kilsənin küçə yürüşləri, ayrı-ayrı aksiyaları gec-tez sönəcək”

 

Ermənistanda kilsə siyasəti aktivləşib. Ermənistan baş nazirinin Azərbaycanla sülh danışıqlarına adekvat yanaşması erməni kilsəsinin etiraz müqavimətini qızışdırıb. Etirazçı qüvvələrin xalqı sülh prosesini pozmağa yönələn “kilsə siyasəti” birmənalı qarşılanmır. Ermənistan kilsəsinin region uğrunda savaşan güclərin maşası olduğu və bu prosesin regiondakı duruma təsirlərinin böyük olma ehtimalı istisna edilmir.

 

Erməni kilsəsini hakimiyyətə qarşı qaldıran kimdir. Kilsənin işğalda rolu nə idi və bu gün nəyə nail olmağa çalışır?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasilər bir çox məqamlara diqqət çəkiblər.

 

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, ümumiyyətlə erməni millətçilərinin siyasəti həmişə kilsə ətrafında formalaşıb.

 

Deputat həm sovet dövründə, həm də 1991-ci ildən sonra erməni kilsəsinin ermənilərin digər xalqların torpağına, mədəniyyətinə iddiasında, aqresiv fəaliyyətində böyük rolu oynadığını qeyd edib:

 

“İndi də erməni kilsəsi hesab edir ki, dövlətə aid olan məsələləri mütləq o həll etməlidir. Zaman dəyişib, yeni reallıq yaranıb, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Azərbaycan dövləti bu gün rəsmi hakimiyyətlə özünün suveren hüquqlarının bərpası məsələsini müəyyənləşdirir. Kilsə bu məsələdə kənarda qalmaqda çox narahatdır. Əslində hətta erməni dövlətinə təsir etsəydi belə, Azərbaycanın gücü və beynəlxalq hüquqa söykənməsi onun iddialarını yox edəcəkdi. Ona görə də bu cür yollarla vəziyyəti qarışdırmağa və situasiyanı 2020-ci ilin 27 sentyabrına qədər olan vəziyyətə qaytarmağa çalışır. Amma bu cəhdləri heç bir nəticə verməyəcək”.

 

A.Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməyə borcludur:

 

“Kilsənin küçə yürüşləri təmin etməsi, ayrı-ayrı aksiyalar təşkil etməsi isə gec-tez sönəcək və onlar öz yerini tutmağa məcbur olacaqlar”.

 

TAHİRƏ
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...